Şəhid kapitan Biləsuvarda dəfn edildi - FOTO
Bizi izləyin

Qarabağ

Şəhid kapitan Biləsuvarda dəfn edildi - FOTO

Biləsuvarda şəhid kapitan dəfn edilib

Biləsuvar rayonunda şəhid kapitan Elçin Tağıyev dəfn edilib.

Şəhidlə əvvəlcə Biləsuvar rayonunun Zəhmətabad kəndindəki ata evində vida mərasimi baş tutub.

Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Mərasimdən sonra şəhid Zəhmətabad kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, şəhid kapitan Elçin Tağıyev 1989-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub.

Allah rəhmət eləsin!(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm