Lavrovdan Qarabağ açıqlaması: “Buna ehtiyac var”
Bizi izləyin

Qarabağ

Lavrovdan Qarabağ açıqlaması: “Buna ehtiyac var”

“Qarabağda məhbusların erkən mübadiləsinə ehtiyac var”.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O, Rusiyanın Qarabağ münaqişəsi bölgəsindəki məhbus mübadiləsi prosesinin erkən tamamlanmasına kömək edəcəyini söyləyib.

Lavrov bildirib ki, Rusiya rəhbərliyi Qarabağ münaqişəsi zonasında işi intensivləşdirmək üçün Qırmızı Xaç büdcəsinə əlavə töhfə ayırıb.

Ən vacib məsələ məhbus mübadiləsidir. Bunun ən qısa zamanda bitməsinə kömək etmək üçün əlimizdən gələni edəcəyik. Bunun əsir düşənlərin qohumları və dostları üçün nə qədər vacib olduğunu bilirik. Əlbəttə ki, ölənlərin cəsədlərinin mübadiləsi də əhəmiyyətlidir. Bu da problemin zəruri olan çox duyğulu bir hissəsidir”, - S.Lavrov deyib.

Onun fikrincə, Cənubi Qafqazın çiçəklənən sabit bölgəyə çevrilməsi üçün real şərtlər var: “Biz indi Dağlıq Qarabağ münaqişəsinin isti mərhələsindən çıxırıq. Rusiya prezidenti, Ermənistan baş naziri və Azərbaycan prezidentinin imzaladığı və müharibəni dayandıran ortaq bəyanatın əhəmiyyətini qeyd etmək istərdim”.

Nazir, eyni zamanda, Rusiyanın bu istiqamətdə irəliləməni təşviq etmək üçün əlindən gələni edəcəyini, Rusiya sülhməramlılarının öz məsul sahələrində əhali ilə fəal şəkildə əməkdaşlıq etdiklərini, tibbi yardım göstərdiklərini və digər humanitar məsələlərin həll olunduğunu söyləyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm