Qarabağ
Sahib Məmmədov - Prezident vətəndaşları heç vaxt darda qoymayıb
Ermənistanın hərbi cinayətləri nəticəsində mülki əhali zərər çəkdi. 100-ə qədər həlak olan, 400-dən çox sağlamlığını itirən mülki vətəndaşımız var, minlərlə yaşayış məntəqələri isə dağıdılıb. Cənab Prezident hələ müharibənin getdiyi dövrdə deyirdi ki, zərər çəkmiş şəxslərin bütün qayğılarını dövlət öz üzərinə götürəcək. Sağlamlığını itirən, həlak olan insanların ailə təminatı ilə bağlı işlər görülür, əlillik müəyyən olunur və s.
Bu sözləri Publika.az-a açıqlamasında Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib. O bildirib ki, evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyana görə və qismən ziyan dəymiş evlər üzrə hər bir ailəyə maddi yardımın edilməsi ilə bağlı artıq işlərə başlanılıb:
“Cənab Prezident artıq bu məsələ haqqında sərəncam imzalayıb. Sərancamda qeyd olunub ki, yaşayış evlərinin içərisindəki əşyalara dəymiş ziyanla bağlı müvafiq vəsait ayrılıb. Eyni zamanda evləri dağılan insanlara yeni evlərin tikilib verilməsi istiqamətində işlər aparılır. Qismən dağılan evlər isə bərpa olunaraq yenidən sahiblərinə veriləcək. Hesab edirəm ki, ayrılan məbləğ insanların ilkin ehtiyaclarının ödənilməsi üçün yetərlidir. Ola bilsin ki, bəzi ailələrin evlərindəki əşyaların dəyəri daha çox olub, lakin bunu müəyyən etmək çətindir. Darmadağın olunmuş evlərdə heç nə qalmayıb, burada başqa kriteriya qoymaq mümkün deyildi. Odur ki, verilən məbləğin ədalətli olduğunu hesab edirəm. Mənzilin içərisindəki əşyalara dəymiş ziyan orta hesabla dəyərləndirilib”.
Ekspert qeyd edib ki, ölkə Prezidenti insanları heç vaxt darda qoymayıb:
“Əslində daşınmaz əmlak sığorta olunmalıdır. Lakin bilirik ki, daşınmaz əmlakın sığortası ilə bağlı problemlər var və yalnız Ermənistanın hərbi cinayəti nəticəsində yox, zəlzələ, daşqın, sel baş verəndə də dövlət sığortaçı qismində çıxış edir. İndi isə xüsusi haldır, müharibədə Ermənistanın hərbi və siyasi rəhbərliyi ölkəmizə qarşı hərbi cinayət törədib və bunun nəticəsi olaraq dağıntılar baş verib. Dövlət lazım olan bütün köməkliyi edəcək. Lakin tövsiyə edərdim ki, zərər çəkmiş şəxslər Ermənistanın vurduğu ziyanla bağlı ən azı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət versin”.
Aytən Məftun
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?








.jpg)

.png)
















.jpg)
.jpg)






