Suriyadan minlərlə muzdlu Qarabağa gətirilib - Siromolotov AÇIQLADI
Bizi izləyin

Qarabağ

Suriyadan minlərlə muzdlu Qarabağa gətirilib - Siromolotov AÇIQLADI

“Yaxın Şərqdən olan muzdluların Dağlıq Qarabağ bölgəsindəki döyüşlərdə iştirak etməsi bir həqiqətdir, bunu təkcə biz təsdiqləməmişik”.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Oleq Siromolotov RİA “Novosti”yə açıqlamasında deyib.

Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Oleq Syromolotov

O bildirib ki, Qarabağdakı əməliyyatlarda 2 minə yaxın muzdlunun döyüşdüyü ehtimal edilir: “Əvvəldən cihadçılıq ideologiyasını irəli sürən radikal muzdluların meydana çıxması ilə bağlı narahatlığımızı bildirdik. Onlara qarşı mövqeyimiz dəyişməyib”.

Qeyd edək ki, Azərbaycan Ordusu qarşısında tarixi məğlubiyyətə uğrayan erməni silahlı birləşmələri Bəşər Əsəd rejiminə tabe olan suriya ermənilərindən döyüşlərə cəlb etmişdi. Bu fakt bir neçə mənbədə təsdiqini tapıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm