Almaniyadan GÖZLƏNİLMƏZ QƏRAR: Qarabağ döyüşlərindən sonra...
Bizi izləyin

Qarabağ

Almaniyadan GÖZLƏNİLMƏZ QƏRAR: Qarabağ döyüşlərindən sonra...

Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin döyüş nümunələrindən istifadə etmək qərarına gələn Almaniya ordu arsenalına pilotsuz uçuş aparatları cəlb edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Deustche Welle” yazır.

Bildirilir ki, Almaniya Müdafiə Nazirliyi (Bundesver) İsrailin “Aerospace Industries” şirkəti tərəfindən istehsal olunan 5 yeni “Heron TP” kəşfiyyat dronu alacaq.

“Heron TP” 30 saatdan çox havada qala bilir. Bundesver bu PUA-lardan potensial düşməni aşkarlamaqla yanaşı, ona raket zərbələri endirmək üçün istifadə etməyi planlaşdırır.

Müdafiə Nazirliyi raketlərin alınması üçün artıq müqavilə hazırlayıb. Ancaq Bundestaqdakı hakim koalisiyanın bir hissəsi olan Sosial Demokrat Partiyası bu layihəni dəstəkləməyəcəyini açıqlayıb. Onlar bildirir ki, bir tərəfdən alman əsgərlərinin mühafizəsi artacaqsa, digər tərəfdən əsgərlərə bir düyməyə basaraq öldürmək imkanı veriləcək.

Hücum dronlarının leyhinə əlavə nümunə olaraq Fransa və İngiltərə ilə yanaşı, Ukrayna tərəfindən də qəbul edildiyi göstərilir.

Bununla birlikdə mütəxəssislər qeyd edirlər ki, pilotsuz təyyarələr yalnız terror qruplarına qarşı mübarizədə faydalı ola bilər.

DW qeyd edir ki, bu cür silahların qəbul olunmasına dair müzakirələrdə Qarabağdakı hərbi əməliyyatlar, habelə ABŞ-ın Əfqanıstan, Pakistan və Yəməndəki pilotsuz təyyarələrin kütləvi şəkildə istifadə olunduğu hadisələr ətraflı müzakirə olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm