Qarabağ
Azərbaycan ordusunun Qarabağda məhv etdiyi “Repellent” kompleksi - FOTO
Azərbaycan ordusunun 44 günlük müharibə ərzində məhv etdiyi “Repellent” radioelektron mübarizə kompleksinin görüntüləri yayılıb. Fotolara əsasən kompleks tamamilə sıradan çıxıb və onun ya kamikadze-dronla, ya zərbə pilotsuz təyyarəsi “Bayraktar”la vurulduğu təxmin edilir.
Baxmayaraq ki, Rusiya hərbi sənayesi “Repellent” radioelektron mübarizə kompleksini PUA-lara qarşı ən güclü silah kimi təqdim edirdi. Lakin elə müharibənin ilk günlərindəcə həmin kompleks özü PUA-ların hədəfinə çevrilib.
Azərbaycan ordusu müharibə ərzində Ermənistan ordusunun 4 “Repellent-1” radioelektron mübarizə qurğusunu sıradan çıxarıb. Taktiki-texniki göstəricilərinə əsasən bu qurğu 35 kilometr məsafədən müxtəlif tipli kiçik dronları aşkar edir və onların idarəetmə kanallarına nəzarəti ələ keçirərək onun idarəetməsini pozur. Ermənistan həmin komplekləri 2016-cı ilin aprel müharibəsində Azərbaycan ordusunun dünyada ilk dəfə zərbə pilotsuz aparatlarını tətbiq etməsindən bir il sonra Rusiyadan sifariş vermişdi. Lakin göründüyü kimi “Repellent” Qarabağda işə yaramayıb və özü dronların hədəfinə çevrilib. Ümumiyyətlə, Rusiyanın Ermənistana verdiyi digər radioelektron mübarizə qurğuları da Qarabağ müharibəsində aşağı effektivlik nümayiş etdirib.(Virtualaz.org)
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO