Polis Babayanı hava limanına buraxmadı
Bizi izləyin

Qarabağ

Polis Babayanı hava limanına buraxmadı

Ermənistanın Vətən Partiyasının funksioneri Arsen Babayan “Zvarnots” hava limanından polisin müdaxiləsi ilə zor gücünə uzaqlaşdırılıb.

Publika.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Nikol Paşinyanın Moskva səfərinin qarşısını almağa çalışan Arsen Babayan və onun partiyadaşları ötən gün gecədən hava limanının girişində “növbə çəkiblər”.

Ermənistanın baş nazirinin Moskvaya getməsinin qarşısını almağa çalışan güclər Paşinyanın hələ də İrəvanda olduğunu söyləyiblər.

Qeyd edək ki, Ermənistan hökumətindən mediaya verilən məlumata görə ölkənin baş naziri Moskvada baş tutacaq üçtərəfli danışıqlarda iştirak etmək üçün artıq Rusiyadadır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm