Rusiya erməni iddialarını RƏDD ETDİ: "Atəşkəs pozulmayıb"
Bizi izləyin

Qarabağ

Rusiya erməni iddialarını RƏDD ETDİ: "Atəşkəs pozulmayıb"

"Rusiya sülhməramlıları atəşkəs rejiminin pozulduğunu qeydə almayıblar".

Publika.az xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini Dmitri Perepelkin bildirib.

Onun sözlərinə görə, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətə gecə-gündüz monitorinq aparılır: "Atəşkəs pozuntuları qeydə alınmayıb".

Bildirək ki, bu gün erməni KİV-ində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm