Dövlət başçısı uzun müddət gözlədi ki... - Ayaz Mütəllibov
Bizi izləyin

Qarabağ

Dövlət başçısı uzun müddət gözlədi ki... - Ayaz Mütəllibov

“44 günlük Vətən müharibəsindəki qələbəmizi çox böyük sevinc hissi ilə qarşıladım”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib. Keçmiş prezidentin sözlərinə görə, 44 günlük şanlı müharibədə 30 ildən artıq düşmən tapdağında qalmış torpaqlarımızı geri qaytardıq:

“Bu, xalqımızın, dövlətimizin böyük qələbəsidir. Burada güclü siyasi lider amili də önəmlidir. Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti, eləcə də ordu-xalq birliyinin nəticəsində biz 44 günlük qısa zaman kəsiyində böyük qələbəni əldə elədik. Bir çoxları ümidini üzmüşdü ki, Qarabağ məsələsi həll olunmayacaq. Görünən odur ki, dövlət başçısı uzun müddət lazımi anı gözlədi. Yekun nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa elədi. Xalqımızın başı uca oldu”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm