Ərdoğanla Putin arasında QARABAĞ MÜZAKİRƏSİ
Bizi izləyin

Qarabağ

Ərdoğanla Putin arasında QARABAĞ MÜZAKİRƏSİ

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Kremlin məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpasına dair işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edilir ki, Türkiyə lideri Dağlıq Qarabağda vəziyyətin daha da sabitləşməsini təmin etmək üçün Rusiyanın atdığı addımları, həmçinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını təqdir edib.

Həmçinin, liderlər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin aktivləşdirilməsinin vacibliyi haqda qarşılıqlı fikir bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm