Qarabağ
Bu, ermənilərin İslama qarşı düşmənçiliyinin göstəricisidir - Deputat
"Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfəri bir sıra mühüm hadisələrlə yadda qaldı. Öncə Cəbrayıl rayonunun girişində "Xoş gəlmişsiniz" lövhəsinin açılışı oldu. Bu, bütövlükdə bölgədə quruculuq və abadlıq işlərinin sürətli aparılmasının göstəricisidir. Lövhə sovet dövründə qoyulub, ancaq uzun müddət ərazi işğal altında olduğundan onun bərpası mümkün deyildi. Ərazilər müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunduqdan sonra lövhənin təmirinə başlanıldı və qısa müddətdə ən yüksək səviyyədə bərpa olundu".
Publika.az xəbər verir ki, bu sözləri Parlamentdə Cəbrayıl və Qubadlını təmsil edən deputat Ceyhun Məmmədov qeyd edib.
Millət vəkili bildirib ki, səfər zamanı Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı da oldu və Azərbaycan qısa müddətdə İranla sərhəddə müasir tələblərə cavab verən, yeni müasir silahlarla təchiz edilmiş hərbi hissə inşa etdi: "Tezliklə Azərbaycan-İran sərhədinin 132 kilometrlik sərhədi tam bərpa edildi, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görüldü. Hərbi hissənin artıq fəaliyyətə başlaması bunun ən bariz nümunəsidir. Ali Baş Komandan İlham Əliyev hərbi hissənin açılış mərasimindəki çıxışında bir sıra vacib məqamlara toxundu. Azərbaycan-İran sərhədinə dostluq, əməkdaşlıq sərhədi kimi baxır. Bu sərhəd hər iki ölkənin, vətəndaşların maraqlarına xidmət edir. Burada digər mühüm məsələ İranla sərhəddə, Araz çayı üzərində birgə su bəndinin şimal hissəsinin mühafizəsinin Azərbaycana keçməsi, bundan sonrakı dövrdə Azərbaycan sərhədçiləri tərəfindən mühafizə edilməsidir. Bu bənd strateji əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, Xudafərin körpüsü oktyabrın 18-də düşməndən azad edilib, həmin ərazilərdə şiddətli döyüşlər gedib, sərhədçilərimiz, hərbçilərimiz böyük şücaət və qəhrəmanlıq göstərərək düşmən ordusunu geri oturdublar".
C.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında Ermənistanda baş qaldıran revanşist qüvvələrə də çox ciddi xəbərdarlıq edib, onları bu çirkin əməllərdən əl çəkməyə çağırıb: "Əgər onlar bu təxribatlara davam etsələr, axırlarının çox pis olacağını bir daha qeyd etdi. Prezident xüsusi vurğuladı ki, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində Azərbaycan sərhədçilərinə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Ermənilər bunu yaxşı anlamalıdırlar".
Millət vəkilinin sözlərinə görə, səfər zamanı mühüm məsələlərdən biri də Zəngilan məscidinin bərpasına başlanılmasıdır: "Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq Fond tərəfindən təşkil olunan həm xarici, həm də yerli ekspertlərdən ibarət olan komissiya bu məscidin, eləcə də işğaldan azad olunmuş digər ərazilərdəki məscidlərin mövcud binalarının qiymətləndirilməsi, konservasiyası və bərpası ilə bağlı təkliflər, layihələr hazırlayır. Erməni işğalçılarının Zəngilan məscidi də daxil olmaqla, işğal etdikləri ərazilərdə bütün mədəni, dini obyektləri dağıtması, təhqir etməsi İslam dininə, onun dəyərlərinə qarşı açıq düşmənçiliyin və vəhşiliyin göstəricisidir.
Hazırda ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərin əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilərək dünya birliyinin diqqətinə çatdırılır. Dünya birliyi erməni vəhşiliyinin canlı şahidi olmalıdır. Azərbaycan qısa müddətdə işğaldan azad olunmuş ərazilərdəki bütün dini ibadət ocaqlarını, mədəniyyət abidələrini təmir və bərpa edəcək".
Akqabay Mıradov
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Rəsmi xronika16:17
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - YENİLƏNDİ / FOTO
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu
-
Dünya14:34
Məşhur astroloqdan bütün bürclərə xəbərdarlıq: Həmin gündür!
-
Sosial13:50
Bu kanalın yenidən qurulmasına 12,4 milyon ayrıldı