Prezidentin Zəngilan məscidini ziyarət etməsi qürurvericidir - ŞƏRH
Bizi izləyin

Qarabağ

Prezidentin Zəngilan məscidini ziyarət etməsi qürurvericidir - ŞƏRH

“Müqəddəs Quranın nazil olduğu və İslam aləmi üçün çox mübarək, əziz bir ayda - Ramazan ayında Qarabağın fatehi, qalib sərkərdəmizin, müzəffər Ali Baş Komandanımızın öz ailə üzvləri ilə bərabər Cəbrayıla və Zəngilana səfər etməsi bütünlüklə hər birimizin sevincinə səbəb oldu. Ali Baş Komandanımız öz ailə üzvləri ilə birlikdə dağıdılan, viran qoyulan, erməni vandalizminə məruz qalan, demək olar ki, sadəcə sökülmüş divarlardan ibarət, qalıqları qalmış o mübarək məkanı - Zəngilan şəhər məscidini ziyarət etdi. Dövlət başçısının, Mehriban xanım Əliyevanın, Leyla xanım Əliyevanın dini qaydalara riayət edərək oranı ziyarət etməsi və yenidən o məscidin bünövrəsinin qoyulmasında şəxsən öz əlləri ilə ora xidmət göstərməsi birbaşa təmsil etdiyim Qarabağ Seyid Ocaqları adına deyirəm ki, bu, “Qurani-Kərim”in nazil olduğu Ramazan ayında dünyəvi ölkə başçısı olan Azərbaycan Prezidenti İlham Əliyev cənablarının milli-mənəvi və dini təəssübkeşinin elə əsl özü olduğunun sübutudur ki, biz bunu gördük”.

Bu fikirləri Publika.az-a danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

S.C.Əzimbəyli qeyd edib ki, ölkə başçısının müqəddəs bir ayda Zəngilan məscidini ziyarət etməsi olduqca əhəmiyyətlidir: “Bu Ramazan ayında ölkə başçısının o müqəddəs və mübarək məscidə göstərdiyi ehtiram, oranı yenidən sahiblənməsi, işğal altında olan torpaqlarımız azad olunduqdan sonra bir daha gedib məhz müqəddəs ayda o məscidin yenidən inşasına cənab Prezident tərəfindən “Bismillah” deyilməsi, düşünürəm ki, birbaşa Allahın rizasına uyğundur. Qarabağın işğaldan azadlığının xilaskarı olaraq aləmlərin rəbbi olan uca Allah İlham Əliyevi seçib. Bu gün həqiqətən də dağıdılan, viran qalmış digər bölgələrdəki məscidlərimizin yenidən inşa olunmasını, daha gözəl şəkildə bütün Azərbaycan xalqı, eləcə də bütün dünya müsəlmanları üçün bir örnək olacaq şəkildə bərpasını yenə də Allah müzəffər Ali Baş Komandamız İlham Əliyev üçün lütf edib. Allaha sonsuz şükürlər olsun”.

Seyid Camal Əzimbəyli deyib ki, müqəddəs Ramazan ayında Ali Baş Komandanın Zəngilandakı məscidin inşasına yenidən başlanmasına xeyir-dua verməsi, şəxsən bünövrənin tökülməsində özünün iştirak etməsi, daşların yenidən bərpasında iştirak etməsi çox qürurvericidir: “Mən buna görə Ali Baş Komandanımıza təşəkkür edirəm. Bir daha bütün dünya xalqları gördülər ki, həqiqətən də Azərbaycan öz tarixi, əzəli və əbədi yurdunu Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad etdikdən sonra öz mədəni, milli, mənəvi irsinə də sahib durur. Bu proseslərin başında, birbaşa ən ucasında Qarabağın fatehi İlham Əliyev cənablarının özü gəlir. Buna sevinməyə dəyər. Çünki bu, böyük bir uğurdur. Dininə, milli-mənəvi dəyərlərinə sahib duran xalq, dövlət və dövlət başçısı hər zaman Allahın nəzərində olur. Biz bunu dünya İslam tarixinə nəzər saldıqda da açıq şəkildə görürük. Demək ki, Allahın nəzəri qalib sərkərdənin üzərindədir və belə də olacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm