Qarabağ
Ermənilərin kim olduğunu unutmamalıyıq – Naqif Həmzəyev
“Nə qədər acı olsa da, unutmamalıyıq ki, 1990-cı illərin əvvəllərində, Birinci Qarabağ müharibəsi zamanı bizim ərazilərimiz mənfur düşmən tərəfindən işğal edilib. Biz kədərlə, hüznlə hər il həmin işğal tarixlərini anırdıq. Ancaq şükürlər olsun ki, Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu, xalq vəhdəti Qarabağı işğaldan azad edə bildi. Erməni terrorçularını, faşistlərini biz o torpaqlardan qovduq. 8 may Şuşanın işğal gününü biz 8 noyabr Şuşanın işğaldan azad edilməsi günü ilə əvəzlədik”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, biz regionda daimi sülhün tərəfdarıyıq:
“30 il ərzində əsası ümummilli liderimiz tərəfindən qoyulmuş siyasi xəttin və iqtisadi inkişafın nəticəsi olaraq Azərbaycan regionun aparıcı dövlətinə çevrildi. Xüsusilə, ötən dövr ərzində Azərbaycan əldə etdiyi bütün resursları - həm insan kapitalını, həm də hərbi potensialımızı artırmağa sərf etdi. Biz 44 günlük Vətən müharibəsində bu illər ərzində görülmüş işlərin nə qədər düzgün olduğunu bir daha anladıq. Həmçinin, bütün dünyaya sübut etmiş olduq. Azərbaycanın başqa torpaqlarda, başqa dövlətlərin ərzisində gözü yoxdur. Biz heç bir dövlətə və xalqa qarşı düşmən mövqeyində deyilik. Azərbaycanın lideri, Prezident İlham Əliyev yalnız torpaqlarımızı işğaldan azad etmədi, həmçinin regiona uzunmüddətli sülhü gətirmək üçün bir model təklif etdi”.
Deputat qeyd edib ki, bu gün Azərbaycan qarşı tərəflə bütün kommunikasiya xətlərini işə salmağa hazırdır:
“Bununla bağlı artıq işlər görülür. Qarabağa qayıdış proqramı uğurla həyata keçirilir. Ermənistanda yaranmış siyasi çaxnaşma və narazılıqlar onu deməyə imkan verir ki, işğalçı ölkə hələ də reallıqları anlaya bilmir. Çox təəssüf ki, Ermənistanda revanşist fikirlərlə yaşayan və Azərbaycana qarşı nifrət bəsləyən qüvvələr var. Zamanla, reallıqları dərk etdikcə onlar da anlayacaqlar ki, yeganə çıxış yolları Azərbaycanla əlaqələr qurmaqdan keçir. Azərbaycanın gücünü və ölkəmizin gerçəkliklərini dərk etməlidirlər. Eyni zamanda, onlar üçün digər region dövlətləri ilə əməkdaşlıq vacibdir. Onların yeganə çıxış yolu bu əməkdaşlığa sadiq qalmaqdır. İstənilən halda Azərbaycan öz tarixini, ermənilərin kimliyini unutmamalıdır. Biz tarixi faktları və həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmalıyıq. Ancaq əsas məsələ ondan ibarətdir ki, artıq regionda bütün reallıqlar dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib”.
Naqif Həmzəyevin sözlərinə görə, ölkəmiz demək olar ki, əksər beynəlxalq layihələrin iştirakçısıdır:
“Ermənistan Azərbaycanın gücünü dərk və qəbul etməlidir.
Ali Baş Komandanımız Şuşanı və Qarabağı, işğal altında olan torpaqları azad etdi. Azərbaycan bu torpaqlara qayıdır. Şükürlər olsun ki, bütün bunlarla yanaşı, Ali Baş Komandanımız bizim üzərimizdəki qara ləkəni tamamilə silib təmizlədi. Bu gün biz alnıaçıq danışa, gəzə bilirik. İnşallah, tezliklə biz Qarabağa böyük qayıdışın, soydaşlarımızın o torpaqlarda məskunlaşmasının şahidi olacağıq”.
Tural Turan
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO