Qarabağ
Azərbaycan xalqı həmin çıxışı yaxşı xatırlayır - Deputat
Azərbaycan xalqı 30 ilə yaxın müddətdə hər il böyük hüznlə may ayının 8-ni Şuşanın işğal günü kimi qeyd edirdi. Şuşanın işğalı Azərbaycan xalqının yaddaşında dərin və ağır izlər buraxmışdı. Azərbaycan xalqı heç zaman həmin ağır günləri unutmayacaq. Ancaq Ermənistandan fərqli olaraq xalqımız gələcəyə baxmağı bacaracaq. Şuşanın bizim üçün siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Qarabağ xanlığının paytaxtı olan Şuşa həm də mədəniyyət abidələri ilə zəngindir.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin 7 may tarixli sərəncamına əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub: "Bu qədim şəhər Azərbaycana bir çox tarixi şəxsiyyətlər bəxş edib. Şuşada həmçinin qədim tarixə malik bir çox dini abidələr mövcuddur. Onların böyük əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Azərbaycan Vətən müharibəsi zamanı qısa müddətdə Şuşanı düşmən işğalından azad etdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu gün etdiyi çıxışı yaxşı xatırlayır. O, çıxışında xüsusi olaraq vurğulamışdı: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" Bəli, Şuşa artıq azaddır. Bu çıxışda xüsusi diqqət çəkən məqamlardan biri də Prezident İlham Əliyevin ata vəsiyyətinin yerinə yetirilməsi ilə bağlı qeyd etdiyi fikirlər idi".
C.Məmmədovun sözlərinə görə, bu il Azərbaycan xalqı mayın 8-ni artıq Şuşanın işğal günü kimi qeyd etmir: "Bu gün Azərbaycan xalqı özünü çox xoşbəxt hiss edir. Artıq Şuşa bizimdir və əbədi olaraq da bizim olacaq. Əgər Ermənistan yenidən təxribat törətməyə çalışsa, dəmir yumruq işə düşəcək və bunun qarşısı qətiyyətlə alınacaq. Dövlətimiz Şuşada inşa, təmir və bərpa işlərinə başlayıb. Qısa müddətdə bu işlər uğurla həyata keçiriləcək və Şuşa dünyanın ən abad, gözəl şəhərlərindən birinə çevriləcək. Yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarı bülbül" musiqi festivalı keçiriləcək.
Azərbaycan xalqı bu qələbəyə Prezident İlham Əliyevin qətiyyətli iradəsi, həyata keçirdiyi uzaqgörən və ardıcıl siyasət nəticəsində nail olub. Qarabağ Azərbaycandır və tezliklə bütün azərbaycanlılar öz doğma dədə-baba yurdlarına qayıdacaqlar!"
Akqabay
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO