Qarabağ
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı ordumuz 8 may ağrısına son qoydu
Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev və onun ətrafında hər keçən gün daha da sıx birləşən Azərbaycan xalqı tarixdə elə bir gün olmamışdır ki, Şuşanı, Qarabağı unutsun. Cənab Prezident İlham Əliyev tərəfindən istər beynəlxalq müstəvidə aparılan fəaliyyət, istər də iqtisadiyyatımızın hər keçən il daha da gücləndirilməsi məhz Qarabağ Zəfəri, Şuşa həsrətinə son qoyulması istiqamətində atılmış addımlar idi. Ölkə başçımız o qədər uzaqgörən və sərrast bir siyasət yürütdü ki, nəticədə Ermənistan regionda reallaşdırılan bütün layihələrədən kənar tutulmaqla dalan bir dövlətə çevirildi. Cənab Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının açılışında çıxış edərkən bildirmişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Sözünün imzası qədər dəyərli olan ölkə başçımız bu sözünə və vədinə də sadiq qalaraq öz xalqının ümidlərin doğrultdu, Şuşanı işğaldan azad etdi, qürurlu və məğrur Azərbaycan xalqının sevgisini əbədi olaraq qazandı.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Şəbnəm Həsənova deyib. Ekspert bildirib ki, hər il 8 may tarixində qərtmək bağlamış yaramız bir daha qanayır, bu tarixi böyük ürək ağrısı ilə keçirirdik.
“Çünki Şuşanın Azrbaycan xalqı üçün siyasi, tarixi əhəmiyyətindən başqa mənəvi əhəmiyyəti də böyükdür. Şuşada mənfur düşmən riyakarcasına yallı gedərkən Şuşasız qalan Azərbaycan qoynu balasız qalmış anaya bənzəyirdi. Bizim qəhrəman oğullarımız, xəmiri Ümumilli lider Heydər Əliyev ideyaları ilə yoğrulan, cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində yetişən vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil Şuşanı, torpaqlarımızı azad etdilər. O oğullar Şuşanı müasir silah-sursatlarla deyil, ən bəsit döyüş vasitələrilə, əlbəyaxa döyüşdə azad etdilər. Çünki Şuşanın işğaldan azad edilməsi milli qürur, qeyrət məsələsi idi. Şuşanın işğaldan azad olunması ilə illərlə Azərbaycanlılara qarşı soyqırımı törədən canilərdən qisas alındı. Biz öz qələbəmizlə məsum balalarımızı gözlərini qırpmadan öldürən, əli azərbaycanlı, türk qanına batmış bütün hər kəsin cavabını haqq savaşımızda haqlı olaraq verdik.
Təsadüfi deyildir ki, Cənab Prezidentin Vətən müharibəsi dövründə BBC-yə verdiyi müsahibəsi "Twitter"də 3 milyon baxış sayını ötüb. Təsadüfi deyildir ki, saysız-hesabsız "Twitter" istifadəçisinin cənab Prezident İlham Əliyevin haqlı olduğu ilə bağlı şərhləri haqqında bütün dünya danışır. Necə ki, Şuşa əməliyyatı haqqında dünyanın aparıcı hərbi məktəbləri öyrənməyə, onu dərsliklərə salmağa çalışır, dünyanın aparıcı media qurumları bu haqda analitik məqalələr dərc edirlər, cənab Prezidentin bu müsahibəsi də bir daha sübut edir ki, bəli, biz dünyanın hər bir bucağına öz haqq səsimizi çatdırmağı bacardıq və haqq savaşımızda haqlı qalibiyyət əldə etdik.
Cənab Prezident İlham Əliyev: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” dedi və hər zamanki kimi verdiyi sözünə sadiq qaldı. Belə ki, bu gün Azərbaycan xalqı və dövləti şəhidlərinin ruhunu yüksək tutaraq, post-müharibə dövrünə fokuslanıb və Şuşada quruculuq işləri sürətlə həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan işlərin nəticəsi olaraq Şuşa nəinki Azərbaycanın, Qafqazın və dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Tezliklə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı da keçiriləcək. Beləliklə, biz öz dədə-baba yurdumuzu qurmağa çoxdan başlamışıq. Noyabrın 8-i Azərbaycanın qədim şəhəri, Qarabağın incisi hesab edilən Şuşa şəhərinin düşməndən azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. İndi artıq biz 8 may ağrısı ilə deyil, 8 noyabr sevinci ilə yaşayırıq”.
Aytən Məftun
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO