Qarabağ
“Bu, erməni terroruna verilən yaxşı cavab idi” – Deputat
“Xarı bülübül” festivalı tarix yazan Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və məsajlar isə milli yaddaşımıza əbədi həkk edildi! “Xarı Bülbül” festivalı bir daha Azərbaycan mədəniyyətinin necə dərin köklərə malik olduğunu, mədəni irsimizin necə zəngin olduğunu bütün düyaya nümayiş etdirmiş oldu. Uzun illərdən sonra doğma Şuşamızı işğaldan azad etməyimiz və orada ənənəvi mədəniyyət festivalımızı yenidən bərpa etməmiz Azərbaycan xalqının əzmindən, iradəsindən, qətiyyətindən xəbər verməklə həm də necə böyük mədəniyyət yaradabilmə qabiliyyətini göstərdi”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, eyni zamanda həm də yaratdığımız mədəni irsə sahib çıxmağı bacarmağmızın nümayişi oldu:
“Xarı bülbül” festivalının proqram zənginliyinə və rəngarəngliyinə gəldikdə isə qeyd etmək lazımıdr ki, bu festival həm də ölkəmizdə tarixən və bu gün də mövcud olan multikulturalizmin, çoxmədəniyyətliliyin və onların harmoniyasının təntənsi idi. Bütün dünya bir daha gördü ki, Azərbaycanın mədəni irsi öz zənginliyini və dərin köklərini haradan alır, onun qaynaqları etnik və dini tolerantlığa və birgəyaşayışa necə söykənir”.
Deputatın fikrincə, bu isə həm də azərbaycanın tarixi qələbəsinin əsaslarında duran faktorlardan biridir:
“Bu zənginliyi, multikulturalizmi, tolerantlığın və birgəyaşayı mənimsəyə bilməyənlər isə sadəcə ermənilərdir. Çünki onlar regionumuza gəlmədirlər və yerli mədəniyyətlərə qarşı həmişə aqressiya nümayiş etdirib, onu vəhşicəsinə dağıtmağa çalışıblar. Yəni etnopsixoloji baxımdan onlar özlərini Cənubi Qafqazının etnolantdşaftına aid hiss edə bilmirlər. Xislət etibarilə terrorçu və barbardırlar. “Xarı bülübül” festivalında multimədəni dəyərlərimizin, müsiqimizin ən yüksək səviyyədə bir daha təqdim edilməsi əslində həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi. Festivalda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və bütün dünyaya verdiyi məsajlar isə ayrıca bir tarixi hadisə idi. Bu tarix yazan Prezidentin və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və məsajlar isə milli yaddaşımıza əbədi həkk olundu!”.
Tural Turan
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq







































