Bu yerlərə gedərək həyati təhlükə yaratmayaq - Deputat
Bizi izləyin

Qarabağ

Bu yerlərə gedərək həyati təhlükə yaratmayaq - Deputat

Son günlər seçicilərimlə keçirdiyim görüşlərdə ən çox səsləndirilən müraciətlərdən biri azad olunmuş torpaqlarımıza səfər etmək istəkləridir. Onlar doğmalarının məzarlarını ziyarət etmək, doğma yurdlarının nəfəsini duymaq istədiklərini bildirirlər. Ancaq həm seçicilərimə, həm də digər vətəndaşlarımıza tövsiyə edərdim ki, işğaldan azad olunmuş ərazilərimiz tam olaraq minalardan təmizlənmədiyi üçün qanunsuz səfərlər edərək həyati təhlükə yaratmayaq.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə Füzuli rayonunu təmsil edən millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat rəsmi icazə verilənə qədər insanları səbirli olmağa çağırıb:

"Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixindən 10 mart 2021-ci il tarixinədək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 10 mülki şəxs həlak olub, 11 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini təqdim etməməsi mülki vətəndaşlarımızı da hədəf almaqla yanaşı, BMT-nin qəbul etdiyi konvensiyanın şərtlərini ciddi şəkildə pozur.

Həyati təhlükə yaratdığı üçün ərazilərimiz minalardan təmizlənənə, rəsmi icazə verilənə qədər insanlarımızı səbirli olmağa çağırıram. Uzun illər vətən həsrəti ilə yaşamış və öz doğma torpağına qayıtmaq istəyən insanların bu istəkləri başadüşülən olsa da, vətəndaşlarımızdan azad olunmuş torpaqlara qanunsuz səfər etməmələri xahiş olunur".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm