Qarabağ
Bu, Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcıdır - RƏY
“Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməl daşını qoyması mərasimi hər birimizdə qürur yaradan tarixi hadisə oldu. Bu təməl daşı Azərbaycan dövlətçilik tarixinin əbədi divarlarına qoyulan yeni bir qat, yeni bir mərhələnin başlanğıcı idi”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, bərpa gününün təməlqoyma mərasiminin 28 May - Respublika Günündə baş tutması təsadüfi deyildi:
“Çünki bu tarixi Azərbaycan Prezidenti bir daha milli bayram, müstəqillik günü kimi xarakterizə edərək əldə etdiyimiz tarixi qələbəmizi müstəqil olmağımızla əlaqələndirdi. Bu fikirlər isə siyasi-ideoloji müstəvidə dövlətçilik şüurumuzun yeni qatının müstəqil və qalib əsaslarda formalaşması üçün atılan təməl daşı idi. Eyni zamanda, genetik yaddaşımıza edilən müraciət idi. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın milli şüurunu ümmətçilikdən dövlətçiliyə, dövlətçilikdən cümhuriyyətçiliyə qədər inkişaf etdirdiyi kimi bu fikirlər də milli şüurumuzu məğlubiyyətdən qalibiyyətə, qalibiyyətdən yeni milli mentalitetə qədər inkişaf etdirəcək”.
Deputatın fikrincə, bu, bir xalqın ictimai-siyasi fikir tarixində tamamilə yeni mərhələnin, yeni eranın başlanması deməkdir:
“Bu o səbəbdəndir ki, bəzi azərbaycanafob mərkəzlər müxtəlif internet resurslarında, sosial şəbəkələrdə tarixi zəfərimizə və nailiyyətlərimizə kölgə salmaq üçün ən müxtəlif səviyyələrdə qarayaxma kampaniyası aparırlar. Bəzi marginal müxalif qruplar da bu prosesdə fəal iştirak edirlər. Ancaq şübhəsiz ki, bütün bu anti-milli fəaliyyətlər xalqımızın ümummilli sevinci və coşğusu qarşısında olduqca cılız görünür, belələri əsla öz qaranlıq məqsədlərinə çatmayacaq”.
Hikmət Babaoğlu söyləyib ki, bəzən siyasət mümkün olmayanı mümkünetmə sənəti də adlandırılır:
“Doğrusu, bunu isbat edəcək nümunələr o qədər də çox deyil. Ancaq düşünürəm ki, 44 günlük müharibə və ondan sonrakı ötən zaman ərzində Azərbaycan Prezidenti öz fəaliyyəti ilə bunun ən yaxşı təcrübi nümunəsini yaratdı. Bu gün Ermənistan dövlətinin iflas etməsi, haqq etdiyi şəkildə küncə sıxışdırılması, öz sərhədlərini qorumaq üçün yeni sahiblər axtarışına çıxması da məhz mümkün olmayanı mümkünetmə sənətinin yaratdığı reallıqdır. Axı cəmi bir neçə ay bundan öncəyə qədər bu dövlət Azərbaycan torpaqlarını işğal altında saxlayır, millətimizə meydan oxuyur, xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədirdi. İndi isə miskin vəziyyətə düşüb” .
Millət vəkili bildirib ki, bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi milli-strateji siyasət və rasional-praqmatik davranışlar nəticəsində baş verib. Deputat onu da əlavə edib ki, bundan sonrakı mərhələ - cinayətkarın öz cəzasına çatdırılması Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcıdır.
Tural Turan
-
ABŞ05:15Vensdən İran və İsraillə bağlı gözlənilməz etiraflar
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı







.png)






.jpg)





















