Qarabağ
Azərbaycan onları girova çevirmək niyyətində deyil - Musabəyov
Müdafiə Nazirliyindən məlumat verildi ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Bildirildi ki, onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən edilib.
Azərbaycan tərəfi erməni əsiri geri qaytardı. Bir sözlə, rəsmi Bakı tərəfindən növbəti humanistlik nümunəsi göstərildi.
Bəs hər an qanımızı gümüş qədəhlərdə içməyə hazır olan düşmənə qarşı bu cür humanist addım atmalıyıqmı?
Milli Məclisin deputatı Rasim Musabəyov Publika.az-a açıqlamasında söyləyib ki, ilkin qiymətləndirməyə əsasən erməni hərbçisini diversant kimi həbs etdilər, yaxaladılar. Daha sonra araşdırmalar aparıldı:
“Sonradan məlum oldu ki, sərhəddimizi keçən erməni əsgərinin üzərində diversiya hərəkətlərini həyata keçirmək üçün hər hansı bir əşya, sursat olmayıb. Yəni, təhlükə yarada biləcək avadanlıqlar tapılmadığına görə onun diversant olmadığı aydınlaşıb. Nəzərə alaq ki, ermənilər bütün dünya qarşısında hay-küy qaldırırlar, zarıyırlar. Bunun qarşısını almaq üçün həmin əsgərin hansı məqsədlə sərhədlərimizə daxil olduğu aydınlaşdıqdan və günahsız olduğu müəyyənləşdikdən sonra sərbəst buraxılıb. Ermənistan tərəfinə geri qaytarılıb”.
Deputat məsləhət görüb ki, ermənilər bundan sonra ağızlarını yumsunlar:
“Günahsız olanı sərbəst buraxdığımız kimi, günahı olanları, mina basdıran diversantları, Azərbaycan əsgərlərinə, zabitlərinə güllə atanları qanun qarşısına çıxarırıq. Belələri qanun qarşısında cavab verəcəklər. Kimlər ki, hərbi əsir olublar, onlar qaytarılıb. Son hadisənin bənzəri olaylar olanda da götür-qoy edildikdən sonra anoloji addımlar atılacaq. Bu məsələni şişirtməyə ehtiyac yoxdur. Hər halda, bütün bunlar onu göstərir ki, Azərbaycan süni şəkildə erməni hərbçilərini yaxalayıb onları girova çevirmək niyyətində deyil”.
Tural Turan
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


