Qarabağ
Susuzluqdakı partlayış özbəkcə “Vikipediya”da
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “viki” könüllüləri tərəfindən "Vikipediya" Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında törədilmiş partlayış ilə bağlı özbək dili bölməsində məqalə yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Məqalədə qeyd olunur ki, Kəlbəcər rayonunun ərazisi 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində regionda yaşayan 60.000 azərbaycanlı qaçqın düşmüş, 150-dən çox azərbaycanlı isə girov götürülüb.
Yaradılmış məqalədə İkinci Qarabağ müharibəsinə də diqqət yetirilib. Qeyd olunur ki, 1992-ci ildən Azərbaycanın ən böyük hərbi uğurlarından biri olan Kəlbəcər rayonu ərazisində yerləşən strateji əhəmiyyətə sahib Murovdağ yüksəkliyini işğaldan azad etməsi, habelə 25 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəsi təmin edən 3 tərəfli bəyənməyə əsasən Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə qaytarılıb.
Azərbaycanın media nümayəndələrini Kəlbəcərin Susuzluq kəndinə aparan avtobusun hərəkət olan yolda tank əleyhinə minaya düşməsi haqqında bölməyə xüsusi diqqət yetirilmişdir.
"Zərərçəkənlər" başlığında faciə nəticəsində şəhid olanlar Azərbaycan Televiziyasının operatoru - Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri - Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - Arif Ağalar oğlu Əliyev və yaralılanlar Azərbaycan Televiziyasının rejissoru - Emin Məmmədov, Kəlbəcər Rayon İcra hakimiyyətinin Yanşaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı - Şöhrət Cəfərov, Susuzluq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Kamil Abdullayev haqqında məlumatlar əks olunub.
Bundan başqa, erməni vandalizminin daha bir nümunəsi ilə bağlı bəyanat vermiş Daxili və Beynəlxalq təşkilatların siyahısı da yer alıb.
Özbək dilində yaradılmış “Susuzlug qishlogʻi yaqinida portlash” bölmə ilə https://uz.wikipedia.org/wiki/Susuzlug_qishlog%CA%BBi_yaqinida_portlash linkində tanış olmaq mümkündür.
Qeyd edək ki, Mərkəzin “viki” könüllüləri bir müddətdir ki, “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində fəal iştirak edirlər. Könüllülər Azərbaycan tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradırlar və əaslı mənbələrlə redaktə edirlər. Xüsusilə, qrup bir neçə müddətdir ki, “Vikipediya”nın özbək dil bölməsində Qarabağ həqiqətlərinin çatdırılması istiqamətində effektiv işlər görülür. Xatırladaq ki, mərkəz millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


