Xarici jurnalistlərin işğaldan azad edilmiş ərazilərə səfəri başladı
Bizi izləyin

Qarabağ

Xarici jurnalistlərin işğaldan azad edilmiş ərazilərə səfəri başladı

İyulun 30-da Azərbaycanda olan bir qrup xarici jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub.

Publika.az xəbər verir ki, səfərdə İspaniya, İtaliya, Bolqarıstan, İordaniya, Yaponiyadan olan jurnalistlər iştirak edirlər.

Səfərdə məqsəd xarici jurnalistləri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri, eyni zamanda Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.

Səfər qısa zamanda inşa olunan Zəfər yolu ilə həyata keçiriləcək. Jurnalistlər işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Şuşa, Ağdam, eləcə də erməni vəhşiliyindən zərər görmüş Gəncə şəhəri ilə tanış olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm