Bu, bütün dünyaya bir mesajdır - Deputat
Bizi izləyin

Qarabağ

Bu, bütün dünyaya bir mesajdır - Deputat

“Ölkə başçısının iştirakı ilə Zəfər Günümüzün Şuşada qeyd olunması böyük rəmzi xarakter daşıyır. Bu, bütün dünyaya bir ismarışdır. Yəni haqq və ədaləti güclü millət, güclü ordu, xalqın sarsılmaz birliyi, eyni zamanda müzəffər Ali Baş Komandan təmin edə bilər. Biz bunu etdik. Biz bunu bacardıq”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərlə Azərbaycan xalqı öz gücünü bütün dünyaya nümayiş etdirdi:

“Artıq 1 ildir ki, Şuşa azaddır. 1 il əvvəl Ali Baş Komandanın, Prezidentin “Əziz Şuşa, sən azadsan!”, “Əziz Şuşa, biz artıq qayıtmışıq!”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri Azərbaycan xalqı üçün qürur mənbəyidir. 44 günlük Vətən müharibəsinin sonunda biz qalib millət olduq. Azərbaycan 30 il ərzində düşmən tapdağında olan Qarabağı geri qaytardı. Bizim Zəfər Günümüz haqq və ədalətin zəfərinin, qələbəsinin təntənəsidir. Bu, həm də bütün dünyaya bir mesajdır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm