Savaşın 44-cü günü: Prezidentdən yeni BÖYÜK MÜJDƏ: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik..
Bizi izləyin

Qarabağ

Savaşın 44-cü günü: Prezidentdən yeni BÖYÜK MÜJDƏ: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik..

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

9 noyabr 2020-ci il. Müharibənin 44-cü - son günü.

Saat - 07:43 - Ordumuzun pərən-pərən etdiyi düşmən GERİ ÇƏKİLDİ

2020-ci ilin noyabrın 8-si gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam etdi. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vuruldu. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildi.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edildi.

Saat - 11:09 - Ulu Qarabəydə düşmən kül edildi

2020-ci ilin noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və şəxsi heyəti dəqiq zərbə ilə məhv edildi. Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edildi.

Saat - 12:13 - Prezident İlham Əliyev “BBC News”a müsahibə verdi

Saat - 12:28 - İlham Əliyev Azərbaycan Ordusunun nə zaman DAYANACAĞINI AÇIQLADI

“Mənim dediyim əsas prinsiplərə əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafındakı ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistan üçün çox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistan Minsk qrupunun həmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu boşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar. Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunu etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq”.

Ötən ilin bu günü bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində bildirdi.

Saat - 13:51 - Müdafiə Nazirliyi AÇIQLADI: Zarıslıda düşmən yox edildi

Saat - 14:53 - Ordumuz XOCALIYA GİRDİ - Xeyli ərazi İŞĞALDAN AZAD EDİLDİ

Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bunu ötən ilin bu günü Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında yazdı.

Saat - 15:17 - Ordumuz daş üstündə daş qoymadı - Xankəndidə düşmən DARMADAĞIN EDİLDİ

Saat - 16:54 - İşğaldan azad edilən Şuşadan İLK GÖRÜNTÜLƏR YAYIMLANDI

Saat - 20:01 - Ordumuz Laçına girdi - Yeni ərazilər işğaldan AZAD EDİLDİ

"Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Ötən ilin bu günü bununla bağlı Ali Baş Komandan İlham Əliyev "Twitter"də paylaşım etdi.

Saat - 20:06 - Daha 48 kənd, 1 qəsəbə işğaldan AZAD EDİLDİ

"Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2 300 metr), Sığırt yüksəkliyini (1 370 metr), Şükürataz yüksəkliyini (2 000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Bununla bağlı Ali Baş Komandan İlham Əliyev "Twitter"də paylaşım etdi.

Saat - 20:27 - Xocavənddə düşmənin canlı qüvvəsi MƏHV EDİLDİ

Saat - 21:00 - Şuşadan dərhal sonra Prezidentdən yeni BÖYÜK MÜJDƏ: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik azad olundu

Ötən ilin bu günü Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev Şuşadan dərhal sonra Azərbaycan xalqına yeni müjdə verdi.

2020-ci ilin bu günü işğaldan azad olunan əraziləri təqdim edirik:

Laçın - Güləbürd, Səfiyan, Türklər

Füzuli - Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq

Xocalı - Şuşakənd, Muxtar, Daşaltı, Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq

Xocavənd - Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Susanlıq, Domi, Tuğ, Akaku, Azıx

Cəbrayıl - Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Hüseynalılar, Söyüdlü, Aşağı Sirik

Qubadlı - Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Yuxarı Mollu, Aşağı Mollu, Xocik

Zəngilan - Sobu, Qaragöz, İsgəndərbəyli, Keçikli, Ördəkli, Bartaz qəsəbəsi

Yüksəkliklər: Bartaz strateji yüksəkliyi (2300 metr), Sığırt yüksəkliyi(1370 metr), Şükürataz yüksəkliyi (2000 metr) və əlavə 5 adsız strateji yüksəklik

Oxumağa davam et
Reklam
Reklam

Gündəm