Putindən QARABAĞ AÇIQLAMASI: əldə edilmiş üçtərəfli razılaşmaların...
Bizi izləyin

Qarabağ

Putindən QARABAĞ AÇIQLAMASI: əldə edilmiş üçtərəfli razılaşmaların...

“Rəsmi Moskva Qarabağda vəziyyətin sabitləşməsi üçün addımlar atmaqda davam edəcək”.

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı deyib.

Putin Rusiyanın bundan sonra da regionda vəziyyətin sabitləşməsi və üçtərəfəli razılaşmaların ardıcıl şəkildə yerinə yetirilməsi üçün addımlar atacağını qeyd edib.

"Vladimir Putinin qeyd etdiyi kimi, Rusiya vəziyyətin sabitləşməsinə kömək etmək və Rusiya vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl həyata keçirilməsinə töhfə verəcək addımlar atmağa davam edəcək", -Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm