SON DƏQİQƏ: Paşinyan sərhədlərlə bağlı təklifi QƏBUL ETDİ
Bizi izləyin

Qarabağ

SON DƏQİQƏ: Paşinyan sərhədlərlə bağlı təklifi QƏBUL ETDİ

“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir”.

Publika.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb: “Bunların 3-də bizim üçün qəbil ediləndir. Mənim noyabrın 17-də verdiyim bəyantdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbul ediləndir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm