Qarabağ
Şevçenko Soçi görüşündən danışdı: "Konkret nəticələr olacaq"
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Soçi görüşü konkret nəticələr verəcək.
Publika.az xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində jurnalistlərə açıqlamasında məşhur rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko deyib.
"Hesab edirəm ki, yalnız Soçi görüşü konkret nəticələr verə bilər. Bakı-İrəvan-Moskva üçbucağında yerləşən proses mənə çox perspektivli görünür", - deyə o qeyd edib.
Bu görüşdə müzakirəsi gözlənilən mövzulara gəlincə, M.Şevçenko sərhədlərin delimitasiyası ən vacib mövzu olduğunu vurğulayıb:
"Bir müddət əvvəl Ermənistan-Azərbaycan sərhədində faciəli hadisələr baş verəndə, o zaman insanlar həlak olanda, teleqram kanalımda yazmışdım ki, Ermənistan bu cür davranmağa davam edərsə, Qarabağ üçün ağladığı kimi Zəngəzura da ağlayacaq. Orada bu, kəskin reaksiya ilə qarşılanıb. Amma bu doğrudur. Müharibə ermənilərə yaxşı heç nə gətirməyəcək". ("Trend")
-
İdman21:39“Barselona” Bakıda: Hansı futbolçular gəldi?
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?












.jpg)






.jpg)




.jpg)



.jpg)







