Bakı İrəvandan iki məsələnin icrasını tələb edir – Abramyan açıqladı
Bizi izləyin

Qarabağ

Bakı İrəvandan iki məsələnin icrasını tələb edir – Abramyan açıqladı

Azərbaycanın Ermənistan qarşısında cari dövr üçün iki tələbi var.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, bu iki tələbin yerinə yetirilməməsi Ermənistan üçün təhlükələr yarada bilər.

“Birincisi tələb Qarabağdakı erməni silahlı qüvvələrinin çıxarılmasıdır. 44 günlük müharibədən sonra Ermənistandan Qarabağa çağırışçıların göndərilməsi dayandırılıb, avqustun sonunda axırıncı çağırışçılar Qarabağı tərk edəcəklər.
İkincisi, Naxçıvana dəhlizin (Zəngəzur dəhlizi) açılmasıdır. Ermənistan bunu yerinə yetirməsə, Azərbaycan Laçın dəhlizinə yenidən baxacaq. Bakı Zəngəzur dəhlizi ilə Laçın dəhlizinin eyni rejimdə işləyəcəyini açıqlayıb. Yəni, Ermənistan Naxçıvana dəhliz verməsə, Azərbaycan Laçın dəhlizində yoxlama-keçid məntəqəsi quracaq”, - Abramyan deyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm