Qarabağ
Levonla Araik GÖRÜŞDÜ: Qarabağla bağlı nə müzakirə olunub?

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Xankəndində qalan separatçı-terrorçu rejimin “başçısı” Araik Arutyunyanla görüşüb.
Publika.az xəbər verir ki, görüş bu gün Ter-Petrosyanın evində baş tutub.
Erməni mediası görüşdə Ermənistan və Qarabağdakı vəziyyətin müzakirə edildiyini yazır. Əlavə detallar açıqlanmır.
Qeyd edək ki, Ter-Petrosyan əvvəldən Qarabağ münaqişəsinin həllinin tərəfdarı olub. O proqnozlaşdırırdı ki, bu münaqişə Ermənistanın gələcəyini məhv edəcək. 44 günlük müharibədən sonra Ermənistanın düşdüyü vəziyyət Levonu haqlı çıxarıdı. Onun Araiklə nəyi müzakirə etdiyi maraqlıdır. Böyük ehtimalla görüş Araikin istəyi ilə baş tutub. Son proseslər, xüsusilə Ermənistanın ABŞ-a yaxınlaşması Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qalan separatçıları narahat edir. Onlar mümkün qədər öz rejimlərini qorumaq, buna nail ola bilməsələr, heç olmasa prosesdən “sağ çıxmaq” istəyirlər. İstisna deyil ki, Araik Petrosyandan məsləhət almaq üçün onun evinə gedib.
Asif

-
Dünya17:35
48 saat ərzində 5 dəbdəbəli geyim: Melaniya Tramp Londonu belə valeh edib - FOTOLAR
-
Rəsmi xronika17:33
Prezident fərman imzaladı
-
Nida Xəbər 16:36
Hərbi prokurora yeni müavin təyin olundu
-
Sosial15:56
Gələn il pensiyalar nə qədər artacaq?
-
Region15:23
Ermənistan MTX rəhbəri Bakıda forumda iştirak edəcək
-
Nida Xəbər 14:56
Firad Əliyev vəzifəsindən azad olundu
-
İdman14:24
Bu üç model Messini "yoldan çıxarmaq" istədi - VİDEO
-
Sosial13:30
Bakıda və bölgələrdə leysan yağacaq - PROQNOZ