Qarabağ
Qondarma “XİN”in yerində bu bina tikiləcək - FOTO
Xəbər verdiyimiz kimi, Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Publika.az-a verilən məlumata görə, sözügedən tikilinin yerində Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir inzibati bina inşa olunacaq.
Bildirilib ki, Xankəndinin mərkəzində inşa olunacaq yeni inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb. Bina artıq dörd ildir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında şəhərsalma və tikinti fəaliyyətini təmin edən, regionun bərpa və yenidən qurulmasında mühüm rol oynayan Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əsas qərargahı olacaq.
Baş İdarənin yeni 3-mərtəbəli binası müasir memarlıq üslubunda, dayanıqlı tikinti materiallarından istifadə edilməklə inşa olunacaq, ümumi sahəsi təqribən 2000 m² təşkil edəcək.
Binanın 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi





































