Qarabağ
İtaliyanın Rai telekanalı Qarabağdan reportaj yayımladı - FOTO/VİDEO
İtaliyanın Rai telekanalı Azərbaycanın üzləşdiyi mina problemi, eləcə də Qarabağda aparılan bərpa və yenidənqurma layihələrindən bəhs edən reportaj yayımlayıb.
Publika.az xəbər verir ki, kanalın ölkəmizə ezam olunan jurnalisti Barbara Karfanya dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrdən biri olan Azərbaycanın üzləşdiyi problemdən bəhs edib.
Reportajda işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi barədə məlumatlar diqqətə çatdırılır. Minaların humanitar problemlərdən əlavə ətraf mühitə də ziyan yetirdiyi və Azərbaycandakı minatəmizləmə problemlərinin həlli üçün beynəlxalq donorların da iştirakının əhəmiyyəti vurğulanır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat rəhbəri Xaliq Zülfüqarov ölkəmizdə həyata keçirilən minatəmizləmə fəaliyyətindən danışıb.
ANAMA-nın keyfiyyətə nəzarət idarəsinin rəisi Elnur Qasımov qurumun humanitar minatəmizləmə fəaliyyəti, minatəmizləmənin bərpa və yenidənqurma işlərindəki önəmi barədə ətraflı məlumat verib. O, ANAMA-nın bu sahədə topladığı təcrübə haqqında söz açıb və minatəmizləmə əməliyyatları zamanı yeni texnologiyaların, avadanlıqların və müasir yanaşmaların tətbiq edildiyini diqqətə çatdırıb.
Reportajda, eyni zamanda, Ağdam və Şuşada aparılan bərpa və yenidənqurma layihələrindən bəhs olunur. İşğal dövründə yararsız vəziyyətə düşmüş və dağıdılmış tikililərin yenidən bərpa olunduğu, yeni infrastruktur layihələrinin həyata keçirildiyi, Şuşa və Ağdamın tikinti-quruculuq meydançasına çevrildiyi bildirilir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev SSRİ-nin dağılmasından sonra başlayan hərbi təcavüz və 30 ilə yaxın davam edən işğal dövründə yerlə-yeksan edilən Ağdamın "Qafqazın Xirosiması" adlandırıldığını bildirib.
Prezidentin köməkçisi, həmçinin hərbi münaqişə aradan qalxdıqdan sonra Azərbaycanın işğala məruz qalmasına baxmayaraq, Ermənistana sülh təklif edən ölkə olduğunu vurğulayıb.
Hikmət Hacıyev, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyətinin əhəmiyyətindən bəhs edib, həmin şirkətlərin Orta Asiyada genişlənmə üçün strateji pasportu təmsil etdiklərini bildirib. Vurğulayıb ki, İtaliyanın "Leonardo" şirkəti Xəzər regionunda fəaliyyətini genişləndirib və bu sahədə yeni bazarları inkişaf etdirərək Orta Asiya ölkələri ilə tərəfdaşlıq qurub.
Reportajda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bərpa olunan Şuşa qalası, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi və İsa bulağı, həmçinin Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı barədə də məlumat verilir.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov "Böyük Qayıdış" Proqramı çərçivəsində insanların doğma yurdlarına qayıdışı prosesindən danışıb, şəhərdə inşa olunan hotel və mehmanxanalar barədə məlumat verib.
Eyni zamanda, İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ölkəmizin İtaliyanın əsas neft və təbii qaz təchizatçısı olduğunu deyib, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İtaliyada bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşunun əhəmiyyətindən bəhs edib.
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir























.png)














