Qarabağ
Ağalıda anım mərasimi keçirildi
7 Sentyabr – Anım Günü ilə əlaqədar Zəngilan rayonunun Ağalı kəndində anım mərasimi təşkil olunub.
Publika.az xəbər verir ki, tədbir Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəliyinin və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Aksiyada Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak ediblər.
Mərasim iştirakçıları müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış parlaq qələbədən söz açıblar.
Diqqətə çatdırılıb ki, şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı və dövlətimiz tərəfindən daim ehtiramla yad edilir.
Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində, həmçinin ağacəkmə aksiyası gerçəkləşib.
Sərv, zeytun, eldar şamı və digər növ olmaqla, ümumilikdə 3000-ə yaxın ağac əkilib.
Məqsəd şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və Zəngilan ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı