Qarabağ
Araik Moskvaya gedir: Paşinyan “özünüzü xilas edin” deyib
Xankəndindəki separatçı-teerrorçu rejimin “nümayəndə heyəti” Moskvaya səfər etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” nəşri yazıb.
Nəşr qeyd edir ki, Araik Arutyunyanın İrəvanda Paşinyanla görüşü ürəkaçan olmayıb.
“Ermənistanın baş naziri Arutyunyana açıq mətnlə bildirib ki, o, artıq “arsax”la bağlı heç nə edə bilməz. Ümumiyyətlə, son vaxtlar Ermənistan hakimiyyəti “arsax” məsələsinə görə cavabdehin separatçı-terrorçular və Rusiya olduğunu qeyd edirlər. Paşinyanla görüşdən sonra Xankəndində ciddi təşviş yaranıb, onlar kimə üz tutacaqlarını bilmirlər. Mənbələrimizin məlumatına görə, “arsax”dakılar Rusiya rəhbərliyi ilə görüşmək üçün yaxın günlərdə Moskvaya getməyə hazırlaşırlar”, - nəşr yazır.
Səfərin məqsədi separatçı-terrorçu rejimin taleyinin müəyyən edilməsidir.
Nəşrə danışan mənbə iddia edib ki, Rusiya səfəri zamanı separatçıların “başçısı” Araik və “nümayəndə heyətinin” Putinlə görüşmək ehtimalı da var.
Hərçənd, Rusiya prezidentinin separatçıları qəbul etmək ehtimalı inandırıcı deyil, çünki bunun baş verməsi Moskvanın Bakı ilə münasibətlərinə ciddi zərbə olacaq və Kreml xüsusilə indiki məqamda buna getməz. Araik və başının dəstəsi mümkün Moskva səfərində Rusiya xüsusi xidmət orqanlarında görüşlər keçirə bilər. Belə görüşlər bundan öncə də baş vermişdi.
Asif
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


