Qarabağ
Köçəryan: “Laçın yolunu ancaq bu ölkə aça bilər”
“Erməni tərəfinin əsas məqsədi Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanatın şərtlərinin, o cümlədən Laçın yolunun fasiləsiz fəaliyyətinin icra olunmasıdır”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan deyib.
Köçəryan bildirib ki, Laçın dəhlizinin açılması Rusiyadan asılıdır. O, MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitinə və ölkə liderləri səviyyəsində ünsiyyətə istinad edərək, bu axşam (27 dekabrdan 28 dekabra keçən gecə) çox şeyə aydınlıq gələcəyini vurğulayıb.
“Rusiyanın Azərbaycanla çoxşaxəli maraqları var, lakin Kremlin regionda - Qarabağ və Ermənistanda silahlı qüvvələrinin olması daha vacibdir”, - deyə Köçəryan əlavə edib.

“Burada Ermənistan və Rusiyanın danışacağı bir şey var”, - deyən Köçəryan baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə söhbətində bu məsələləri qaldıracağına əminliyini ifadə edib.
Köçəryan onu da qeyd edib ki, Qafqazda sülhün bərqərar olması vacibdir. “İran, Rusiya, Ermənistan və Azərbaycan üçün sülh və sabitlik lazımdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Dekabrın 12-də Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisi Laçın yolunda etiraz aksiyasına başlayıb. İctimai fəallar müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpağında təbii sərvətlərin talanmasına etiraz edir. Etiraz aksiyası artıq 17 gündür davam edir.
Mehti Kamiloğlu
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial15 May 16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15 May 15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi












.jpg)

.jpg)
.jpg)
.jpg)
.webp)















.jpg)



