Qarabağ
Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri müəyyən olunmuş strateji xəttin müasir mərhələsini əks etdirir
Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, yeni memarlıq konsepsiyalarının tətbiqi müəyyən olunmuş strateji xəttin müasir mərhələsini əks etdirir. Həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, planlı urbanizasiya, dayanıqlı infrastrukturun qurulması və ekoloji yanaşmaların tətbiqi münaqişədən sonra şəhərsalmada Azərbaycan modelinin formalaşdığını deməyə əsas verir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində bildirilib.
Qeyd edilib ki, yeni model beynəlxalq praktikada münaqişədən sonra ərazilərin bərpasında əsas problemlərdən biri olan plansız inkişaf riskinin qarşısını alaraq, inteqrasiya olunmuş və uzunmüddətli planlaşdırma yanaşmasını ön plana çıxarır. “Həqiqətən də hazırda dünyanın bir çox ölkələri plansız şəhərsalma və yaşayış sahələrinin çatışmazlığı problemləri ilə üzləşdiyi halda, Azərbaycan hətta vaxtilə dağıdılmış ərazilərdə belə planlı, funksional və yaşamaq üçün əlverişli mühit formalaşdırmaq bacarığını nümayiş etdirir. Bu, artıq təkcə milli uğur deyil, beynəlxalq miqyasda müqayisə oluna bilən əyani təcrübə kimi qiymətləndirilə bilər”, - deyə məqalədə vurğulanıb.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?














.jpg)





.jpg)

















