Qarabağ
Sülhməramlılar erməniləri Xankəndidən Laçın istiqamətinə apardılar
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Publika.az Report-a istinadla xəbər verir ki, Xankəndi-Laçın yolundan sülhməramlılara məxsus daha 4 avtomobil maneəsiz şəkildə hərəkət edib.
Belə ki, sülhməramlılara məxsus 1 hərbi sərnişin daşıyan avtomobildə Xankəndi istiqamətindən erməniəsilli şəxslər Laçın istiqamətinə aparılıb.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Digər bir minik maşını isə Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət edib.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 9-a çatıb.
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"















.jpg)





















