Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
Bizi izləyin

Avropa

Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı

Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı

Şahzadə Uilyam və Keyt Middltonun Anmer-Holl kənd iqamətgahına qanunsuz daxil olmaqda və oğurluğa cəhd etməkdə şübhəli bilinən iki kişi saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Nəşrin məlumatına görə, noyabrın 23-də axşam saatlarında polisə “şübhəli fəaliyyət” barədə məlumat daxil olub. Hadisə yerinə xüsusi təyinatlı polis bölmələri cəlb edilib, həmçinin dronlardan, helikopterdən və xidməti itlərdən istifadə olunub. Nəticədə iki şübhəli birbaşa malikanənin ərazisində saxlanılıb.

Hadisə zamanı ev boş olub, çünki Uels şahzadəsi və şahzadəsi Forest-Loc malikanəsində olublar.

KİV Anmer-Hollu uzun müddət Uilyam və Keytin “sığınacağı” olmuş məkan kimi xarakterizə edir. Məhz Middlton kimyaterapiya kursunu başa vurduğunu açıqladığı videonu burada çəkib.

Hazırda hadisə ilə bağlı istintaq davam edir. Uels şahzadəsi və şahzadəsi gecə-gündüz mühafizə olunur.

Oktyabr ayında Keyt Middlton və qızı Şarlottanı ilk dəfə London metrosunda görüntüləyiblər. Onları şəhər mərkəzindən keçən Elizabet xətti ilə səfər edərkən digər sərnişinlərdən biri görüb. Mənbənin sözlərinə görə, Uels şahzadəsinin qızı vaqona maraqla baxarkən “təəccüblənmiş” görünüb. Səfər zamanı kral ailəsinin üzvlərini mühafizəçilər müşayiət ediblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm