Qarabağ
Ruslar müzakirə aparır, ermənilər... - Laçın postunda son vəziyyət
Laçın yolunda sərhəd-keçid məntəqəsi ətrafında proseslər davam edir. Ermənilər müzakirələrin getdiyini, lakin heç bir nəticənin olmadığını və olmayacağını yazırlar.
Publika.az xəbər verir ki, Rusiya sülhəramlılarının yeni komandanı Aleksandr Lentsovun hazırda Azərbaycan hərbçiləri ilə danışıqlar apardığı deyilir.
“Hraparak” nəşri yazır ki, danışıqlarda nə Ermənistan tərəfi, nə də Qarabağdakı ermənilər iştirak etmir.
“Əldə etdiyimiz məlumata görə, Rusiya tərəfindən Lentsov da daxil olmaqla üç nəfər, Azərbaycan tərəfdən isə 2 nümayəndə danışıqlarda iştirak edir. Bəzi məlumatlara görə, Lentsov müvəqqəti gəlib, əgər danışıqlar uğurlu olarsa, yenidən Rusiyaya qayıdacaq. Rusiya tərəfi sərhəd-keçid məntəqəsinin ləğv edilməsini, yalnız rengten skaner cihazlarının quraşdırılmasını istəyir. Lakin Azərbaycan tərəfi bunu qəbul etmir”, - nəşr yazır.
Erməni mənbələr bütün bu danışıqların, Rusiyanın verdiyi açıqlamaların heç bir mənasının olmadığını yazırlar.
“Orada Azərbaycan bayrağı qaldırılıb, “Diqqət, Azərbaycan ərazisinə daxil olursunuz” posteri asılıb. Əslində hər şey Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyasının faktiki olaraq aparılmasından ibarətdir. Bakı Həkəri çayı üzərində keçid məntəqəsini sürətlə inşa etdi. Qarabağda ermənilər Azərbaycan bayrağının asıldığı, Azərbaycan hərbçilərinin dayandığı postdan keçmək istəməsələr belə, buna məcbur olacaqlar”, - “Hayeli” yazır.
Asif
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
-
Dünya14:57NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK
-
Region13:19Türkiyədə turistlərə xəbərdarlıq: 130 dollar cərimələnə bilərsiniz
-
ABŞ12:01Trampın başı dərddə: Məhkəmə iddiası qaldırıldı - Sosial mediada görün nə edib
-
Nida Xəbər 10:12İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO
-
Cənubi Qafqaz10:09Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar











.jpg)


























