Qarabağ
Əliyev Paşinyanın üzünə “yumruq atdı” – Moskva masasındakı döyüşün detalları
Moskvada keçirilən Ali Avrasiya İttifaqı Şurasının iclası Prezident İlham Əliyev və erməni baş nazir Nikol Paşinyan arasında söz duelinə bənzəyən, əslində isə masadakı döyüşlə yadda qaldı: Əliyev Avrasiya masasında Paşinyanı sözün məcazi mənasında desək, “diri yuyub, ölü sərdi”; əvvəlki müzakirələri və debatları xatırlayanda erməni baş nazirin artıq belə vəziyyətlərə düşməyə vərdiş etdiyini də deyə bilərik.
İctimaiyyətin gözü önündə baş verən bu “döyüş”ün detalları haqda Rusiyanın “Kommersant” nəşri maraqlı qeydlərlə çıxış edib.
Publika.az “Kommersant”ın siyasi reportyoru Andrey Kolesnikovun müşahidələrini təqdim edir:
- Əliyev çıxışında “biz həm də Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etmişik. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, eyni zamanda, beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq” dedi.
Və buna görə Ermənistanın baş naziri üsyan qaldırdı. Deyilənlərdə super təxribat xarakterli heç nə yox idi, əslində yaxşı təşəbbüs idi və erməni baş nazir danışmaya da bilərdi. Əliyev isə Paşinyanın üsyanından dərhal sonra bəyan etdi ki, “Azərbaycanda beynəlxalq hava limanlarından ikisi işğaldan azad edilmiş Füzuli və Zəngilanda inşa edilib. Azad edilmiş Laçında daha biri tikilir və 2025-ci ildə istifadəyə veriləcək”.
Azərbaycan prezidenti erməni baş naziri qıcıqlandıran “işğaldan azad edilmiş torpaqlar” sözlərini deməsəydi belə, çox güman ki, Paşinyan yenə coşmaq üçün əsas tapa bilərdi. O, deyəsən Əliyevlə açıq şəkildə mübahisə etmək istəyirdi. Heç kim ona meydan oxumasa belə, bu çağırışı qəbul etməkdə qərarlı idi. Bu yaxınlarda Qarabağın Azərbaycan ərazisi olduğunu deyən Paşinyan görünür, ona səs verən insanların inamının zəifləyə biləcəyini də anlayır. Buna görə də Əliyevlə bir masa arxasında əyləşib “Ermənistanın azadlığı və müstəqilliyi uğrunda mübarizə apardığını” hamının görməsini istəyirdi. Putin də daxil olmaqla həmkarlarının masa ətrafında olması, onun üçün az-çox təhlükəsiz mühit yaratmışdı.
Lakin hər şey məhz “işğaldan azad edilmiş ərazilər” sözlərinə görə oldu. İlham Əliyev niyə bu haqda dedi və Paşinyanı əsəbləşdirdi? Sanki qəsdən edirdi. Beləliklə, Paşinyan Tacikistan prezidenti Emoməli Rəhmonun çıxışını gözlədi və Putin artıq sammiti bitirəndə söz istədi.
Azərbaycan prezidentini Ermənistana qarşı ərazi iddiası irəli sürməkdə ittiham etdi. 9 noyabr (10 noyabr) 2020-ci il tarixli bəyanatın 9-cu bəndini xatırlatdı, bəyanatda yalnız bir “dəhlizin” nəzərdə tutulduğunu, onun da “Laçın dəhlizi” olduğunu dedi.
Putin “Prezident Əliyevin nitqindən anladığım nəqliyyat kommunikasiyaları da daxil olmaqla, müvafiq razılaşmaların əldə olunması ilə bağlıdır” dedi.
Xeyr, Putin “azad edilmiş torpaqlar” ifadəsindən incimiş erməni ruhunu anlaya bilmirdi.
- Və məmnuniyyətlə qeyd edərdim ki, Ermənistanın baş naziri də bu barədə düşündüyünü, bunun mümkün olduğunu söylədi... Üçtərəfli görüşdə bütün bunları müzakirə etmək olar...
Əliyev susmadı və bildirdi:
- Təbii ki, müzakirə açmaq istəmirəm, amma Ermənistana ərazi iddialarımızın olması ilə bağlı ittihamlar səsləndiyi üçün cavab verməliyəm. Bizim belə bir iddiamız yoxdur. Mənim sözlərimdə ərazi iddialarını görmək üçün şiddətli fantaziya sahibi olmalısan.
“Şiddət fantaziyası”... İndi Paşinyanın tam əsəbiləşməmək şansı yox idi. İlham Əliyev təbəssümünü gizlətmək istəyir, gizlədə bilmirmiş kimi göstərdi və erməni həmkarının üzünə açıq şəkildə “yumruq atdı”.
- O ki qaldı işlətdiyim “dəhliz” sözünə, mən Şimal-Cənub dəhlizinə münasibətdə də eyni ifadəni işlətdim... – Əliyev çiyinlərini çəkdi – Şərq-Qərb dəhlizinə münasibətdə də. Dəhliz ifadəsi kiminsə ərazisinə iddia etmək anlamına gəlmir. Dəhliz ifadəsi beynəlxalq termindir. Beynəlxalq terminologiya ilə tanış olan şəxslər bu sözə Ermənistanın baş naziri Nikol Paşinyanın önəm verdiyi qədər əhəmiyyət vermirlər.
Deyəsən, Əliyev Paşinyanı ələ salır, onunla oynayırdı.
“Vladimir Vladimir oğlunun də qeyd etdiyi kimi, Ermənistanın Qarabağı rəsmən Azərbaycanın bir hissəsi kimi tanıdğını nəzərə alanda. Çox sağ olun!”.
Burada Paşinyan söz tələb etdi. Hiddətə bənzəyən yorğun səsi ilə “dəhliz” sözünün işlədilməsi ilə bağlı yalnız bir halın olduğunu dedi: “Söhbət Laçın dəhlizindən gedir, Rusiyanın nəzarətində olmalıdır... Amma təəssüf ki, bu dəhliz Rusiya sülhməramlılarının iştirakı ilə qeyri-qanuni şəkildə bağlanıb. Digər tərəfdən təsdiq edirəm ki, Azərbaycan və Ermənistan ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımaqla bağlı razılığa gəliblər”.
Əliyevin cavabı davam edir:
- Ermənistanın baş naziri yenidən danışır... Mənim sözlərimdə heç bir ittiham yox idi, lakin bunu cavabsız qoya bilmərəm. Azərbaycan heç bir dəhlizi bağlamayıb... Ermənistanla Azərbaycan sərhədində sərhəd-keçid məntəqəsi yaradılıb. Bütün bunlar beynəlxalq hüquqa uyğundur. O, Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir... Bunu istənilən qərəzsiz şəxs görməlidir, siz də əsassız ittihamlar üçün podiumdan istifadə etməyə çalışmamalısınız!
İlham Əliyev Nikol Paşinyanla qalibin məğlubla danışdığı kimi danışır.
Asif
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO