Qarabağ
Post məhv edildi: Ermənistan Zəngilanda nə qədər itki verib? - VİDEO/FOTO
Dövlət Sərhəd Xidmətinin Ermənistanın Zəngilan isitqamətində təxribat hücumuna adekvat cavabı nəticəsində düşmən postu darmadağın edilib.
Publika.az xəbər verir ki, erməni postunun məhv edildiyinə dair görüntülər də yayılıb.
Görüntülərdən aydın olur ki, ermənilər həmin postdan Azərbaycan mövqelərinə qarşı atıcı silahlar və minaatanlarla hücum edir. DSX-nın endirdiyi zərbə nəticəsində isə post məhv edilib.
Bu görüntülər dünənki döyüşlərdə Ermənistan tərəfinin nə qədər itki verdiyi sualını da gündəmə gətirir.
Ermənistan Müdafiə Nazirliyi bu haqda heç bir məlumat verməyib, erməni mənbələrində də itkilərlə bağlı heç bir məlumat tirajlanmayıb. Halbuki, görüntülər məhv edilən postdan sağ çıxmağın mümkün olmadığını təsdiq edir. Ermənistanın təxribatının miqyasını nəzərə aldıqda həmin postda ən azı 8-10 hərbçinin olduğu versiyasını irəli sürmək mümkündür, çünki həm atıcı silahlar, həm də minaatanlardan istifadə üçün 10-a yaxın şəxsi heyətə ehtiyac var.
Görüntülərə istinadən Ermənistan tərəfinin ən azı 5-8 itkisinin olduğu ehtimalını irəli sürə bilərik.
Rəsmi İrəvanın itkilərin sayını gizlətdiyi bəllidir. Lakin Ermənistanın hərbi rəhbərliyinin itkilərin sayını gizlətmək üçün yeni hiyləyə əl atdığı da görünür. Belə ki, sərhəddə döyüşlər getsə də, Ermənistan bununla bağlı heç bir məlumat vermir, hətta döyüşlərin getdiyini təkzib edir. Ermənistan mediasında döyüşlər və itkilərlə bağlı məlumat qıtlığı da bundan qaynaqlana bilər.
Asif
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi









.jpg)


























