Qarabağ
Makron Əliyevlə görüşdən sonra təyyarədə bu erməniyə zəng edib - SİRLƏR AÇILIR
Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyana qəzəblidir. Səbəb Paşinyanın Qarabağla bağlı məsələdə Makronun mövqeyini dəstəkləməməsidir.
Publika.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşr yazır ki, iyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşdən sonra Makron “daşnaksütyun” partiyasının üzvü, Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının (CCAF) həmsədri Murad Papazyana zəng edib və bildirib ki, o, artıq belə görüşlərdə iştirak etmək niyyətində deyil.
“Çünki yalnız o, Qarabağla bağlı mövqe sərgiləyir, digərləri (Şolz, Mişel, Əliyev və Nikol) isə “artsax”ın “ölkə” olmasını inkar edir, bu ərazinin Azərbaycana məxsus olduğunu qəbul edirlər”, - nəşr yazır.
Murad Papazyan məsələ ilə bağlı nəşrin sorğusunu cavablandırmaqdan imtina edib. Fransada nəşr olunan “armactu” saytı da bu haqda yazıb.
“Makronun Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitindən sonra CCAF-ın həmsədri Murad Papazyanla telefon əlaqəsi yaratdığına dair məlumatlar doğrudur. Fransa prezidenti Kişinyovda erməni maraqlarını müdafiə edən yeganə şəxs olub, Şarl Mişel Azərbaycanın mövqeyini müdafiə edib, Paşinyan isə zəif performans göstərib. Makron təyyarəyə minəndən dərhal sonra Murad Papazyana zəng edib və narazılığını bildirib. Çünki Makron erməni maraqlarını müdafiə edən yeganə şəxs kimi pis vəziyyətə düşüb” – sayt yazır.
Ermənistan və erməni diasporunun mediası bu kimi məlumatları Paşinyanı erməni maraqlarını müdafiə etməməkdə ittiham etmək üçün tirajlayır, lakin belə məlumatlar Makronun erməni maraqları naminə “Papadan çox katolik olduğunu” də təsdiq edir. Makron Fransadakı daşnak Papazyana zəng etməsi göstərir ki, Fransa prezidenti erməni diasporunun qarşısında cavabdeh şəxs rolundadır və onun Azərbaycana qarşı bütün hücumlarının sifarişçiləri də daşnaklardır.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
