Qarabağ
Azərbaycan ordusu Qarabağda bu planı icra edəcək - İrəvanda nə düşünürlər? - VİDEO
Azərbaycan Qarabağda hərbi obyektləri məhv edəcək və müəyyən strateji yüksəklikləri nəzarətə götürəcək.
Publika.az xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan çıxış edib.
Onun sözlərinə görə, hazırda beynəlxalq səviyyədə Azərbaycanın addımlarının legitimləşməsi prosesi sürətlənir.
“Bakı proseslərin tam yetişməsini gözləyir və lazımı anda hərəkətə keçəcək”, - o iddia edib.
Qeyd edək ki, Ermənistanda son günlər belə iddialar irəli sürülür və əsas kimi “Qisas 3” əməliyyatının keçirilə biləcəyinə dair fikirlər götürülür. Azərbaycan ordusunun öz suveren ərazilərində hərbi addımlar atmaq planları sirr deyil.
Rəsmi Bakı qanunsuz erməni silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılmasını, o cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə terrorçu dəstələrin tərkisilah edilməsi tələbini irəli sürür. Bu tələblər 10 noyabr razılaşmasına uyğundur. Razılaşmada əksini tapmı öhdəliklər yerinə yetirilməsə, praktiki mərhələdə addımların atılması qaçılmaz olacaq.
Asif
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT





































