Qarabağ
Xankəndidə qapalı görüş: Bakı son tələbi irəli sürdü, Araik “hər şey bitdi” deyir
Xankəndidəki separatçı-terrorçu rejim çətin vəziyyətədir. Rəsmi Bakı konkret tələblər irəli sürür. Bu tələblər qısa müddətdə icra edilməsə, hərbi müstəvidə addımların atılacağı qaçılmaz olacaq.
Publika.az xəbər verir ki, separatçıların “başçısı” Araik Arutyunyan real vəziyyəti izah etmək üçün qondarma “deputat”larla qapalı görüş keçirib.
O, görüşdən öncə Bakının tələbləri haqda qısa açıqlamalar versə də, qapalı görüşdə daha çox detalı açıqlayıb.
Ermənistan mediası Xankəndidəki qapalı görüşün təfərrüatlarından yazıb.
“Joxovurd” qəzeti yazır ki, Araikin iştirak etdiyi toplantı 2 saat davam edib.
“Bu toplantının təfərrüatlarını öyrəndik. Bizə verilən məlumata görə, görüşdə Araik təhlükəsizlik məsələlərindən danışıb, sualları cavablandırıb. Mənbələr Araikin depressiyaya düşdüyünü deyir. Onun gələcəklə bağlı dedikləri qeyri-müəyyəndir. Araik Arutyunyan bildirib ki, səslərini ucatlmalıdırlar, amma problemlərin həllinin açarı onların əlində deyil.
Bununla yanaşı, dolayı yolla deyib ki, İrəvan danışıqların detalları ilə bağlı onlara məlumat vermir. Araikin sözlərindən belə nəticə çıxıb ki, o, artıq Ermənistan hakimiyyətinə ümid bəsləmir, gələcək qeyri-müəyyəndir. Rusiya sülhməramlılarına gəlincə, Araik onların əllərindən gələni etdiyini deyib, lakin sülhməramlılar Azərbaycanla birbaşa münaqişəyə girə bilməzlər”, - qəzet yazır.
“Hraparak” nəşri isə yazır ki, İrəvan separatçıların qarşısına şərt qoyub: “Ya Bakı ilə dialoqa başlamalıdırlar, ya da ermənilər Qarabağdan çıxamalıdırlar”.
Nəşr qapalı görüşdə Araikin bu haqda danışdığını yazır.
Qeyd edək ki, separatçıların “başçısı” Bakının onlardan qondarma rejimin və qondarma “müdafiə ordusu”nun tərkisilah edilməsini tələb etdiyini deyib. Bu, rəsmi Bakının son və dəyişməz tələbidir.
Asif
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)