Qarabağ
Xankəndidə ermənilərlə bağlı şok qərar: sabah nələr olacaq?
Qarabağda separatçı rejim erməni əhalisinin toy və yas mərasimlərini məhdudlaşdırır.
Publika.az xəbər verir ki, separatçıların “başçısı” Araik Arutyunyan bununla bağlı qondarma “qərar” imzalayıb.
Bu “qərara” görə, iyulun 5-dən etibarən 50 nəfərdən artıq şənlik, toy və digər mərasimlərin keçirilməsi qadağan olunur. Eyni zamanda, 30-dan çox insanın iştirak etdiyi yas mərasimlərinə icazə verilmir. Yemək məhsullarının servis və çatdırılma formasında hazırlanması da qadağan edilib.
Separatçılar şəkər və yağ məhsullarının əldə edilməsini, o cümlədən, nəqliyyatın hərəkətini də məhdudlaşdırıb.
Bu addımlar ərzaq problemi ilə əlaqələndirilir, hərçənd, separatçıların ehtiyatlarının olduğu haqda məlumatlar var. Məhdudiyyətlərdə məqsəd “humanitar fəlakət” görüntüsü yaratmaq və erməni əhalisini özlərindən asılı vəziyyətə salmaqdır.
Lakin belə vəziyyət erməni əhalisinin narazılığını da gücləndirir və onları Bakıya üz tutmağa məcbur edə bilər. Azərbaycan erməni əhalisinin təminatını öz üzərinə götürmək təklifi ilə çıxış edib.
Asif
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)