Qarabağ
Xankəndidən Kremlə göndərilən məktubun sirri - Separatçılar Putindən nə istəyir?
Xankəndidə hələ də qalan separatçıların “başçısı” Araik Arutyunyanın Rusiya prezidenti Vladimir Putinə məktub yazması Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, Araikin belə bir məktub yazdığı separatçılar tərəfindən ictimaiyyətləşdirilib və burada müxtəlif məqsədlər var, misal üçün, Putini “hami” kimi göstərmək, o cümlədən, qondarma rejimin “əlindən gələni etdiyini” nümayiş etdirmək istəyirlər.
Məktubun məğzi Araikin Putinə yalvarmasından ibarətdir. O cümlədən, baş separatçı Rusiya prezidentindən bundan sonra nə edəcəyinə dair cavab gözlədiyini qeyd edir. Bu məktubdan iki nəticə çıxır:
Birincisi, separatçılar çıxılmaz vəziyyətdədirlər: bunu Qarabağdakı vəziyyət, rəsmi Bakının addım-addım Xankəndiyə yaxınlaşması da təsdiq edir;
İkincisi, Araik hadisələrin mümkün inkişafına, xüsusilə təslim olacağı təqdirdə buna əsasların yaradılmasına hazırlaşır: çıxış yolu qalmadıqda, “Putin belə bizə kömək etmədi” deyəcək;
Üçüncüsü, Putinə müraciət etməklə Ermənistanda “Paşinyan hakimiyyəti bizə kömək etmir” rəyini gücləndirmək məqsədi daşıyır.
Ermənistanda hesab edirlər ki, separatçıları Putin belə xilas edə bilməyəcək.
Keçmiş xarici işlər naziri Vardanyan Oskanyan bildirib ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, Araikin Putinə, yaxud Baydenə məktub yazması heç nəyi dəyişdirməyəcək: “Buna görə Araikin müraciət edəcəyi ünvan Ermənistandır”.
“Ermənistan” blokundan olan deputat Andranik Tevanyan da hesab edir ki, Araikin Putinə məktubunun mənası yoxdur.
“Əgər Araik Paşinyana məktub yazmırsa və ondan mövqeyinə görə cavab tələb etmirsə, başqalarına məktub yazması, kömək istəməsi heç bir nəticə verməyəcək. Məktub səhv ünvana yazılıb. Ermənistan kömək etmirsə, başqa ölkə niyə kömək etsin?” – o bildirib.
Asif
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)