Qarabağ
Ruslar baxmır, separatçılar əhalini... - Xankəndiyə müdaxiləni qaçılmaz edən vəziyyət
Xankəndidəki separatçı rejimin qondarma “ombudsmanı” Qeqam Stepanyan Ermənistan mediasına Qarabağdakı son vəziyyəti açıqlayıb.
Publika.az xəbər verir ki, Stepanyanın açıqlamaları separatçıların çıxılmaz vəziyyətdə olduğunun etirafı hesab oluna bilər.
Çörək qıtlığı yalanı
Ermənistan mediası Qarabağda çörək növbələrinin yarandığını, aclığın başladığını iddia edir. Stepanyan isə etiraf edir ki, taxıl qıtlığı yoxdur.
“Sadəcə çaxnaşma var. Növbələrin səbəbi də budur. Misal üçün, bir gündə 2-3 çörək alanlar, indi daha çox almağa çalışır, bu da növbəyə səbəb olur. Çörək problemi yoxdur”, - Stepanyan deyib.
Xankəndi küçələri boşalır
Qondarma “ombudsman” deyib ki, əsas problem yanacaqla bağlıdır: “Xankəndi küçələrində artıq maşın görə bilməzsiniz. İctimai nəqliyyat çox az sayda işləyir. Bir çox işçinin artıq evdən işləməsi qərarı verilib. Meyvə-tərəvəz problemi də var, o cümlədən, süd məhsullarında da problemlər yaranır. Əsasən kartof və lobyamız var”.
Rusiya separatçıları unudub
Stepanyanın açıqlamalarından belə nəticə çıxır ki, Moskva artıq separatçıları bir kənara atıb, onların istəklərini nəzərə almır. Qarabağdakı separatçılar artıq Rusiyanın “qarant” olmadığını hesab edirlər.
Sülhməramlılar özləri yeyir
Qondarma “ombudsman” deyir ki, sülhməramlılar öz təlabatlarını helikopterlə gətirirlər: “Lakin bu, yalnız öz ehtiyacları üçün nəzərdə tutulan yüklərdir. Bizim ehtiyaclarımız, görünür onlar üçün çox da vacib deyil”.
Bakı müdaxilə edə bilər
Azərbaycan Qarabağdakı erməni əhalisinin ərzaq və digər təminatını həyata keçirə biləcəyini elan edib. Bunun Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolu ilə təmin edilməsi təklifi irəli sürülüb. Lakin erməni əhalisi üzərində nəzarəti itirməkdən qorxan separatçılar bundan imtina edir və bu qərarı əhalinin iradəsi olmadan verirlər. Bu baxımdan, mülki əhali üçün vəziyyət çətinləşərsə, rəsmi Bakının birbaşa müdaxiləsi qaçılmaz olacaq.
Asif
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)