Qarabağ
Antiterror əməliyyatı başlayır, qorxuya düşən Araik xəbər göndərdi: Bakı ilə dialoqa hazırıq
Xankəndidə separatçılar çıxılmaz duruma düşdüklərinin fərqindədirlər. Qondarma qurumun “rəhbərləri” bir həftə ərzində saldıqları haray-həşirin heç kim tərəfindən eşidilmədiyini görüncə, geri addım atıblar.
Publika.az xəbər verir ki, baş separatçı Araik Arutunyan bildirib ki, Bakı ilə dialoqa hazırdırlar.
Amma o, şərt irəli sürüb. Bildirib ki, dialoq ABŞ-ın yox, Rusiyanın vasitəçiliyi ilə olmalıdır.
Araik bu şərti irəli sürməklə, əslində saman çöpündən yapışıb. Onun bu şərti irəli sürməkdə məqsədi nədir? ABŞ “Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər” deməklə, bölgədə separatizmə yer olmadığını açıq şəkildə bəyan edib.
Təbii ki, Araik belə məqamda ABŞ-dan mədəd ummağın mənasız olduğunu anlayır. Ona görə də, rusların vasitəçiliyini təklif edir.
Azərbaycanın isə mövqeyi bəllidir: Heç bir vasitəçi olmadan öz vətəndaşları ilə təmas qurur və ermənilərin reinteqrasiyasını həyata keçirir.
Araikin bu açıqlaması onu göstərir ki, Azərbaycanın antiterror əməliyyatına başlayacağını bilirlər. Beynəlxalq ictimaiyyət də bu məsələdə haqlı olan Azərbaycanın yanında olacaq. Separatçılar halqanın tam daraldığının fərqindədirlər. Bu, onların son çırpıntısıdır, ya Bakının şərtini qəbul edəcəklər, ya da antirerror əməliyyatı ilə məhv ediləcəklər.
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)