Qarabağ
Rusiya sülhməramlıları Laçın postunda bayrağımıza niyə hücum etdi?
Rusiya sülhməramlılarının Həkəri körpüsündə bayrağımızın asıldığı dirəyi aşırması Azərbaycana, suverenliyimizə və dövlət atributlarımıza qarşı hörmətsizlikdir.
Rusiyanın bu davranışı əslində çarəsizlikdən doğan əsəbdən qaynaqlanır: Laçın postunun qurulmasının qarşısını ala bilmədilər, son təxribatdan sonra postun ümumiyyətlə bağlanmasına qarşı da heç nə edə bilmədilər, indi Qarabağda yalnız öz əsgərlərinin təminatını həyata keçirə bilirlər.
Əllərindən bayraq dirəyini aşırmaqdan başqa heç nə gəlmir. O da istisna deyil ki, bu cür addımlarla Azərbaycanı təxribata çəkmək, sülhməramlı kontingentlə əsgərimiz arasında qarşıdurma yaratmaq və proseslərə müdaxilələr üçün bəhanələr formalaşdırmaq istəyirlər.
Görüntülərin 15 iyunda – Ermənistanın Laçın postunda təxribat törətdiyi gündə çəkildiyi iddia olunur, bundan sonra bayrağımızın həmin yerdə yenidən ucaldılıb-ucaldılmadığı haqda məlumat yoxdur. Lakin bunun nə vaxt baş verməsindən asılı olmayaraq, ortada görüntülər var və Moskva bu hadisəyə görə cavab verməlidir, əks təqdirdə, analoji addımları yenidən ata bilərlər.
Asif Nərimanlı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)