Qarabağ
Rusiya erməni muzdluları Xankəndiyə göndərəcək? - “Arbat”ın gələcək hədəfi
Rusiyada Ukrayna müharibəsində iştirak etmək üçün yaradılan və erməni kilsəsinin xeyir-duasını alan ermənilərdən ibarət “Arbat” batalyonu Qarabağda Azərbaycana qarşı mümkün təxribatlarda iştirak edə bilərmi?!
İyunun 30-da “Arbat” batalyonunun yaradılmasından sonra bu sual aktuallaşıb. Batalyon Ukrayna müharibəsində istifadə edilmək üçün yaradılıb və əsas missiyası Ukraynanın işğalı planında Rusiya ordusuna kömək etmək olacaq. Belə bir batalyonun yaradılmasında iki amil xüsusilə diqqət çəkir.
1. Daha kiçik və idarəolunan qruplara ehtiyacın olması: “Vaqner” qruplaşmasının qiyamından sonra görünür, Rusiya hərbi dairələrində mobil və iddiası olmayan qruplara daha çox üstünlük verilməsi qərara alınıb;
2. Rusiya ordusunun canlı qüvvə ehtiyacını təmin etmək: Ukraynada ciddi itkilər verən ruslar üçün II Dünya müharibəsindəki legionerlər kimi qrupları döyüşə cəlb etmək vacib görünür;
Hərçənd, adətən belə qruplaşmalar təkcə pul qarşılığında, hansısa ideologiya əsasında da döyüşürlər və xidmət etdikləri gücdən istəkləri olur. Erməni kilsəsinin batalyona xeyir-dua verməsi də bu kontekstdə təsadüfi deyil, xüsusilə ermənilərin tarixində kilsənin rolu fonunda.
Bu kontekstdə “Arbat” batalyonu haqda müəyyən məlumatlar diqqətdən yayınmır:
- Batalyonun komandiri “Qarabağ ermənisi” kimi tanınan Hayk Qasparyandır: o, Azərbaycan ərazilərinin işğalında iştirak edib və eyni məqsəd uğrunda yenidən döyüşməyə hazır olduğunu bildirir;
- Qruplaşmanın “xaç atası” Donetskin Qorlovka şəhərindən olan kriminal avtoritet Armen Sarkisyandır: o, Ukraynanın işğal edilmiş ərazilərində bəzi ərazilərə nəzarət edir;
- “Arbat”ın əsas maliyyəsini Rusiyadakı erməni iş adamları həyata keçirəcək;
- Məlumatlara görə, bu qruplaşmada birləşən ermənilər 2020-ci ilin noyabrında Azərbaycana qarşı döyüşmək üçün Ermənistana gəlsələr də, onların müharibədə iştirakına icazə verilməyib;
Göründüyü kimi, qruplaşmanın arxasında erməni kilsəsi, erməni iş adamları və erməni kriminal avtoritetlər dayanır. Batalyonun komandiri Hayk Qasparyan bildirir ki, Donbasda müxtəlif hərbi hissələrdə olan erməni döyüşçüləri “Arbat”ın çatısı altında birləşdirəcəklər və Ermənistan bayrağı altında döyüşəcəklər.
Sual yaranır: Ermənistan bayrağı altında döyüşəcək erməni muzdlular gələcəkdə Azərbaycana qarşı müharibədə də iştirak edə bilərlərmi, yaxud Rusiya hərbi dairələri onları Qarabağdakı təxribatlara bu və ya digər formada cəlb edə bilərmi?!
Kilsənin xeyur-dua verdiyi “Arbat”ın Ukrayna müharibəsində iştirak qarşılığında Rusiyadan Qarabağla bağlı hansısa vədlər aldığı istisna edilməməlidir.
Asif Nərimanlı
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji30 Avqust 16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
















.jpg)



















.jpg)
