Qarabağ
Qarabağa görə imza toplayan erməniləri belə döydülər - FOTO
Ermənistanın Göyçə vilayətinin Martuni rayonunda ermənilər arasında dava düşüb.
Publika.az xəbər verir ki, davaya səbəb “Hayakve” imzatoplama kampaniyası olub.
Kampaniyanın təşkilatçıları ermənilərdən imza toplamaq istəyəndə, digər ermənilər tərəfindən hücuma məruz qalıblar. Ermənistan mediasının məlumatına görə, 10-12 nəfər kampaniyanın iştirakçılarına hücum edib, kağızlarını cırıblar, həmçinin, imza atanları da döyüblər.
Qeyd edək ki, “Hayakve” kampaniyası Ermənistan müxalifəti tərəfindən başladılıb. Məqsəd Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının cinayət məsuliyyətinə cəlb edilməsini qanuniləşdirməkdir. Ermənistanın 50 min vətəndaşının imzası toplanarsa, məsələ parlamentin gündəliyinə salınacaq.
Qanunverici orqan layihəni tanımasa, referenduma çıxarılması üçün 300 min imza toplanmalıdır. Bu plan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı qurulub, buna görə hakimiyyət kampaniyanın əleyhinə çıxır. Ermənistanın müxtəlif bölgələrində kampaniyanın təmsilçiləri hücuma məruz qalır.
Asif
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT





































