Qarabağ
“Tuşonka 2" əməliyyatı: Xocalı qatilinin Əsgəranda həbs olunmasının DETALLARI
Xankəndidə separatçı rejimin keçmiş “təhlükəsizlik şurasının katibi”, Xocalı qatili Vitali Balasanyan həbs olunub.
Publika.az xəbər verir ki, separatçı rejim Balasanyanı maxinasiyada ittiham edir.
Məlumata görə, Balasanyan separatçı rejimin qondarma “kənd təsərrüfatına dəstək fondu”ndan kredit alıb, lakin bu krediti təyinatı üzrə xərcləməyib. Bu, 44 günlük müharibədən sonra, 2021-ci ilin iyun ayında baş verib. Həmin vaxt Balasanyan qondarma “təhlükəsizlik şurasının katibi” idi, görünür, “vəzifəsindən” istifadə edib.
Lakin erməni mənbələr Balasanyana qarşı “tuşonka 2" əməliyyatının keçirildiyini yazır.
“Hraparak” nəşri yazır ki, Balasanyan və oğlunun həbsi 2018-ci ildə erməni general Manvel Qriqoryanın (xəstəlikdən öldü-red) işi ilə müqayisə olunur, bunu “tuşonka 2" əməliyyatı adlandırırlar. Manvel Qriqoryan erməni hərbçilərin “tuşonka” payını satmaqda ittiham olunurdu. Məlumata görə, Balasanyan çirkli pulların yuyulmasında, həmçinin, erməni hərbçilər üçün göndərilən siqaretlərin satılmasında ittiham olunur. Onun 2016-cı il aprel müharibəsində 80 milyon dram mənimsədiyi deyilir.
“Aravot” saytı yazır ki, “tuşonka 2" əməliyyatında Balasanyan, oğlu və əmisi həbs olunub. Onun Əsgərandakı evinə maskalıların girdiyi, 40 dəqiqə axtarış aparıldığı və qolları burularaq aparıldığı deyilir. Balasanyanın döyüldüyü haqda da məlumatlar yayılıb.
Balasanyanın həbsi əslində separatçılar arasında qarşıdurmanın nəticəsidir. Bu ilin yanvarında o, qondarma “vəzifəsindən” uzaqlaşdırıldı. Məlumatlara görə, buna səbəb Ruben Vardanyanın onunla yola getməməsi olub. Daha sonra Vardanyan da “postundan” uzaqlaşdırılsa da, Balasanyan geri qaytarılmadı. Balasanyana qarşı “Azərbaycanla əlaqə qurmaq” ittihamı da irəli sürülürdü. Lakin bu təsdiqini tapmayıb. Vitali onsuz da “vəzifədə” deyildi və təsir rıçaqları əvvəlki kimi qalmamışdı, buna baxmayaraq, onun həbs edilməsi maraqlıdır. Burada bir neçə ehtimalı ola bilər. Mümkündür ki, separatçı rejimin “rəhbərliyi” Balasanyanı özlərinə qarşı hələ də potensial təhlükə olaraq görürlər. Yaxud Balasanyanın mənimsədiyi pulları geri almaq niyyətindədirlər.
Hələ ki, Vitali Balasanyanın həbsinin gerçək səbəbləri tam məlum deyil, lakin bunun separatçılar arasında qarşıdurmanın nəticəsi olduğu sirr deyil.
Asif
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC







.jpg)

.png)


























